İranda xaşxaş əkininə icazə verildi

Bundan sonra İranda xaşxaş əkini qanunsuz hesab edilməyəcək və müəyyən bölgələrdə bu məhsulun becərilməsinə başlanılacaq.

Axar.az xəbər verir ki, bu barədə İran Narkotiklərlə Mübarizə Qərargahı məlumat yayıb.

"Beynəlxalq və daxili şərait nəzərə alınmaqla ölkənin dərman məqsədləri, əməliyyat otaqları və xəstəxanalara olan ehtiyaclarının bir hissəsini, eləcə də narkomanların müalicəsini ödəmək üçün ölkə daxilində xaşxaş becərilməsinə başlanılacaq", - məlumatda bildirilib.