İsrail Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində İranın kosmik agentliyinin Tehranda yerləşən baş tədqiqat mərkəzi dağıdılıb.
Axar.az xəbər verir ki, bu barədə ÇAXAL məlumat yayıb.
Bildirilib ki, bu mərkəzdə hərbi peyklər üzrə, o cümlədən müşahidə, kəşfiyyat məlumatlarının toplanması və bütün Yaxın Şərqdə hədəflərə atəş yönəltmə daxil olmaqla bir sıra vəzifələr üçün istifadə olunan strateji laboratoriyalar yerləşirdi.
Həmçinin hava hücumundan müdafiə sistemlərinin istehsal edildiyi bir neçə obyekt də zərbələrə məruz qalıb.
Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb. İran qonşu ölkələrdəki ABŞ bazalarına və İsrailə cavab zərbələri endirir.