“İranın 60 faiz səviyyəsində uranın zənginləşdirilməsinə real ehtiyacı olmayıb, bu, ABŞ-nin onu zor gücünə diz çökdürə bilməyəcəyini göstərmək məqsədi üçün edilib”.
Teleqraf xəbər verir ki, bunu İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
“Amerikalılar bu yolu dəfələrlə sınaqdan keçiriblər və təzyiqi artırmaqla bizi geri çəkilməyə məcbur etməyə çalışıblar, amma biz hər dəfə buna müqaviməti gücləndirməklə cavab vermişik”, - sabiq nazir bildirib.