İraqdan Suriyaya gözlənilməz hücum...

Aprelin 7-nə keçən gecə Suriyanın Haseke vilayətindəki Qəsrək bazasının yerləşdiyi zona PUA hücumuna məruz qalıb.

Axar.az yerli mediaya istinadla xəbər verir ki, adının çəkilməsini istəməyən mənbə hücumun İraqdan göndərilən dörd pilotsuz uçuş aparatı ilə həyata keçirildiyini bildirib.

Bildirilir ki, PUA-lardan üçü zərərsizləşdirilsə də, dördüncüsü bazanın ətrafındakı boş əraziyə düşüb.