İsrail Səhiyyə Nazirliyi son 24 saat ərzində İranla davam edən hərbi münaqişə nəticəsində 108 nəfərin xəsarət alaraq xəstəxanalara yerləşdirildiyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
Nazirlik xəsarətlərin konkret səbəblərini açıqlamasa da, qeyd edilir ki, yaralanmaların bir hissəsi birbaşa raket zərbələri nəticəsində, digər hissəsi isə insanların sığınacaqlara qaçarkən keçirdiyi qəzalar və ya yaranan panika səbəbindən baş verib.
Nazirliyin "X" şəbəkəsindəki rəsmi hesabında paylaşılan məlumata görə, hərbi əməliyyatların başladığı fevralın 28-dən bu günə qədər ümumilikdə 3 195 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara qəbul edilib. Hazırda onlardan 81 nəfərinin müalicəsi stasionar qaydada davam etdirilir.