“Heç vaxt Ermənistanın bu qədər pulla zəngin, ideoloji baxımdan isə bu qədər kasıb müxalifəti olmayıb”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryan deyib.
“Rusiyalı oliqarx Samvel Karapetyanın komandası son bir ay ərzində bunları bəyan edib: “seks nazirliyi” yaradacaqlar, Kirants Azərbaycana verilib, Gümrü kənddir.
Bu, pulun acizliyi haqqında hekayədir. Sən pulla ən yaxşı ofis və avtobusları icarəyə götürə bilərsən, amma onların içinə məna yerləşdirə bilməzsən. Sən pulla dünyanın ən yaxşı vəkillərini tuta bilərsən, amma faktı satın ala bilməzsən.
Fakt isə budur ki, heç vaxt Ermənistanın bu qədər pulla zəngin, ideoloji baxımdan isə bu qədər kasıb müxalifəti olmayıb. Dəbdəbəli ofisləri, səfil ideyaları olan müxalifət.
Bu nailiyyətdir. Demokratik Ermənistanda ideya pula qalib gəlir. Bu, yalnız demokratiyanın imkan verdiyi dəbdəbədir. Biz bu nailiyyəti qoruyacağıq”, - fraksiya rəhbəri qeyd edib.