Kreml Ukraynadakı müharibəni bir gündə bitirməyin şərtini açıqlayıb

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Ukraynada döyüş əməliyyatlarını tez bir zamanda dayandırmağın yolundan danışıb.

RİA Novosti-nin xəbərinə görə, Peskov bildirib ki, əgər Prezident Volodimir Zelenski Ukrayna ordusunun Donbassdan çıxarılması əmrini verərsə, Ukrayna münaqişəsi bir gündə başa çatdırıla bilər.