Moskva ABŞ-də Rusiyanın ticarət tərəfdaşlarına qarşı nəzərdə tutulan sanksiya qanunu layihəsinin müzakirəsini diqqətlə izləyəcək.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Rusiya tərəfi ABŞ-də hazırlanmaqda olan sənədi “qəti şəkildə pislədiyini” bəyan edib.
Peskov əlavə edib ki, Moskva qanun layihəsində hansı konkret detalların müzakirə olunacağına xüsusi diqqət yetirəcək.