“İranın ABŞ və İsraili məsul tutduğu Minab şəhərindəki qızlar məktəbinə ölümcül raket hücumu İran raketinin atəş səhvi nəticəsində baş verib”.
Teleqraf xəbər verir ki, bunu İsrail baş nazirinin müşaviri Ofir Falk deyib.
“Mənim bildiyimə görə, bu açıq şəkildə İran hücumudur. Bu, iranlıların atəş xətasıdır. Mənim qənaətim budur”, - o bildirib.
Falk əlavə edib ki, bu cür hadisələr daha əvvəl bir neçə dəfə Qəzza zolağında baş verib: “Düşünürəm ki, eyni hadisə İranda da baş verib və hər bir halda məsuliyyət İran hakimiyyətinin üzərinə düşür”.
Qeyd edək ki, sözügedən hücum fevralın 28-də Hörmüzqan vilayətinin Minab şəhərində yerləşən “Şəcarəte-Təyyibə” məktəbinə edilib. Hücum dərs saatlarında, şagirdlərin məktəbdə olduğu vaxt baş verib. İranın iddiasına görə, hücum nəticəsində azı 180 nəfər həlak olub və onların əksəriyyəti məktəbli qızlar olub.