Onların Qarabağı yenidən işğal edəcək gücü yoxdur - Mkrtçyan

“Ermənistanın müxalif siyasi qüvvələrinin Azərbaycanla sülh sazişini pozmaq gücü yoxdur”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Harutyun Mkrtçyan deyib.

Ekspert qeyd edib ki, Rusiyadan təlimat alan bu siyasi qüvvələr xarici siyasət baxımından mövcud durumu poza bilməzlər:

“Onların sülh müqaviləsini pozmaq və ya Qarabağı yenidən ələ keçirmək (işğal) üçün kifayət qədər gücləri yoxdur”.

Mkrtçyan əlavə edib ki, iyunun 7-də keçiriləcək parlament seçkilərində növbəti dəfə hakim “Vətəndaş Müqaviləsi” qalib gələcək:

“Göyə də çıxsanız, yerə də düşsəniz, xalq yenə ölkəyə sülh gətirən “Vətəndaş Müqaviləsi”ni seçəcək”.