Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyadan Türkiyə və Azərbaycan istiqamətinə aparan dəmir yolu xətlərinin tam bərpasına başlamağı xahiş edib.
Teleqraf xəbər verir ki, Paşinyan bu barədə jurnalistlərə açıqlamasında bildirib.
“Mən Rusiyadakı həmkarlarımdan Arazdəyən Naxçıvana, eləcə də Axurik kəndindən Türkiyə sərhədinə gedən dəmir yolu sahələrinin tam bərpası ilə təcili məşğul olmağı xahiş etdim”, – deyə Ermənistan hökumətinin başçısı qeyd edib.