Paşinyan Tokayevi Ermənistana dövlət səfərinə dəvət edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi Ermənistana dövlət səfərinə dəvət edib.

"Report"un "Armenpress"ə istinadən məlumatına görə, bunu Nikol Paşinyan Astanada Tokayevlə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.