Paşinyan: Xameneinin bu rolunu heç vaxt unutmayacağıq

Ermənistan Baş naziri Nikol Paşinyan ölkə rəhbərliyi və mülki şəxslər arasında baş verən itkilərlə bağlı İran Prezidenti Məsud Pezeşkiana başsağlığı teleqramı göndərib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat verib.

Paşinyanın teleqramında deyilir: “İran ətrafında baş verən hadisələri böyük narahatlıqla izləyirik. İran İslam Respublikasının rəhbərliyi və vətəndaşları arasında baş verən itkilərlə bağlı başsağlığımı qəbul edin. İslam İnqilabının Ali lideri Əli Xameneinin Ermənistan-İran münasibətlərinin inkişafında şəxsi rolunu həmişə xatırlayacağıq”.