“ABŞ-nin Yaxın Şərq dövlətlərindəki hərbi bazaları ev sahibi ölkələr üçün təhlükə yaradır və İrana onların ərazilərini qanuni hədəf kimi görməyə imkan verir”.
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pazeşkian deyib.
Dövlət başçısı bildirib ki, regionda əcnəbilərin olması təhlükəsizliyi yaxşılaşdırmır, əksinə, gərginliyi artırır.
“ABŞ-nin həmin ölkələrdəki hərbi bazaları İran üçün legitim hədəfdir”, - Pezeşkian vurğulayıb.