İranın yeni Ali rəhbəri Müctəba Xamenei sağ-salamatdır.
Teleqraf xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkianın oğlu və hökumət müşaviri Yusif Pezeşkian bildirib.
“Cənab Müctəba Xameneinin yaralandığı xəbərini eşitdim. Əlaqələri olan bəzi dostlarımdan soruşdum. Onlar mənə dedilər ki, Allaha şükür, sağ-salamatdır”, - o qeyd edib.
Xatırladaq ki, KİV-də Müctəba Xameneinin ağır yaralanması və komada olması barədə məlumat yayılıb. İddiaya görə, huşsuz vəziyyətdə olan Xamenei ali rəhbər seçilməsindən də xəbərsizdir.