Putin Bişkekdə qırğız milli musiqi aləti olan qopuzda ifa etdi

Rusiya Prezidenti Vladimir Putin Bişkekə səfəri zamanı qırğız milli musiqi aləti olan qopuz çalıb.

Teleqraf xəbər verir ki, Kremlin mətbuat xidməti bununla bağlı görüntüləri paylaşıb.

KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyası ərəfəsində Ala-Arça dövlət iqamətgahında dövlət başçıları üçün qısa mədəni proqram təşkil olunub. Liderlərə qırğızların simli musiqi aləti olan kopuzun hazırlanması prosesi göstərilib.

Rusiya prezidenti qopuzun simlərinə toxunaraq bir neçə akkord səsləndirib.

Noyabrın 27-də Bişkekdə Qırğızıstanın sədrliyi ilə KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası keçiriləcək.