Putin: Qərb qlobal iqtisadiyyatda rəqiblərini sıradan çıxarmaq istəyir

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Qərb ölkələri “inhisarçılıqdan qaçmaq” üçün qlobal iqtisadiyyatdakı rəqiblərini aradan qaldırmaq istəyirlər.

Teleqraf xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Putinin sözlərinə görə, Qərb ölkələri sürətlə dəyişən dünyada “əvvəlki imtiyazlarını qoruyub saxlamağa” çalışır. Putin hesab edir ki, xarici ölkələr sanksiyalar vasitəsilə qlobal iqtisadiyyatı idarə edə bilmir: “Rusiyaya gəlincə, o, şübhəsiz ki, belə bir xarici təzyiq hiss edir. Lakin ölkəmiz və iqtisadiyyatımız bu çağırışların öhdəsindən uğurla gəlir”.