Rusiya Prezidenti Vladimir Putinin 2026-cı ildə Türkiyəyə rəsmi səfər edəcəyi gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyədəki diplomatik mənbələrdən "RİA Novosti"yə bildirilib.
"Rusiya liderinə dəvət ən yüksək səviyyədə elan edilib. Biz bu səfəri səbirsizliklə gözləyirik və ümid edirik ki, gələn il baş tutacaq" - mənbə qeyd edib.
Səfərin tarixi hələlik müəyyən edilməyib.
Dekabrın 12-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Türkiyəyə səfər etmək üçün daimi dəvət aldığını açıqlayıb. O, mümkün olarsa, belə bir səfərin təşkil olunacağını deyib.
Onun sözlərinə görə, liderlər ünsiyyət çatışmazlığından əziyyət çəkmirlər: "Rusiya və Türkiyə arasında üçüncü ölkələrin təzyiqinin öhdəsindən gəlməyə kömək edən çoxşaxəli münasibətlər mövcuddur".