Qalibaf: ABŞ ilə atəşkəs dövründə İran ordusu gücünü bərpa edib

ABŞ ilə münaqişədə elan olunmuş atəşkəs dövründə İran Silahlı Qüvvələri öz gücünü tamamilə bərpa edib.

Teleqraf xəbər verir ki, bunu İran İslami Şura Məclisinin sədri Məhəmməd Baqir Qalibaf Tehranda səfərdə olan Pakistan Silahlı Qüvvələrinin komandanı, feldmarşal Asim Münir ilə görüşündə bildirib.

"İran Silahlı Qüvvələri atəşkəs dövründə öz gücünü elə bərpa edib ki, müharibə yenidən başlayacağı təqdirdə bu, ABŞ üçün daha dağıdıcı olacaq",- o qeyd edib.