Rusiya Prezidenti Vladimir Putin KTMT Bişkekdə keçirilən iclasından Ermənistanın təşkilatda iştirakı məsələsinə toxunub.
Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərlə söhbətində danışıb.
“Ermənistan Respublikasının mövqeyi ondan ibarətdir ki, KTMT-nin bütün qərarlarını dəstəkləyirlər və özlərini KTMT-nin üzvü hesab edirlər, amma indiki mərhələdə təşkilatın iclaslarında iştirakdan çəkinirlər”, - Putin bildirib.
Rusiya liderinin sözlərinə görə, bu, Ermənistanın seçimidir və əgər erməni tərəfi bu yolla işləməyin hələ də mümkün olduğunu görsə, razılaşacaqlar:
“Əlbəttə, Ermənistanla təmasda olacağıq. Hazırlayacağımız qərarda hər kəsin prioritetləri nəzərə alınacaq və onlarla da işləməliyik”.