Rusiya sülh danışıqlarına hazırdır, həmçinin hərbi əməliyyatların hazırkı dinamikası bizi qane edir.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında deyib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın yeni sülh planı Ukraynada yekun nizamlanmanın əsasını təşkil edə bilər.
“Rusiya sülh danışıqlarına və problemlərin sülh yolu ilə həllinə hazırdır, lakin bu, təklif olunan planın bütün detallarının əsaslı şəkildə müzakirəsini tələb edir”, - Rusiya lideri bildirib.
Putin qeyd edib ki, Kiyev sülh yolu ilə nizamlanmadan imtina edərsə, bu, Rusiyaya da yarayacaq: "Çünki hərbi əməliyyatların hazırkı dinamikası məqsədlərimizə hərbi yolla nail olmağa gətirib çıxarır”.