Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko İsrailin Moskvadakı səfiri Oded Yosef ilə görüşüb.
Teleqraf xəbər verir ki, görüşdə İran ətrafındakı münaqişənin deeskalasiyasının vacibliyi qeyd olunub.
"Rusiya münaqişənin həllində İsrailə kömək etməyə hazırdır. Kreml münaqişənin tez bir zamanda deeskalasiyası, ortaya çıxan məsələlərin siyasi və diplomatik vasitələrlə həllində maraqlıdır" - Rusiya XİN-in açıqlamasında qeyd olunur.