Rusiyanın tərkibində olan Tuva Muxtar Respublikasında Yeni il şənliklərinin ləğvi təklif olunub.
Teleqraf xəbər verir ki, bu təkliflə respublikanın rəhbəri Vladislav Xovalıq çıxış edib.
O, təklifini Ukraynada davam edən müharibə ilə əlaqələndirib.
"Hazırkı şəraitdə məclislərin, atəşfəşanlıqla müşayiət olunan geniş miqyaslı Yeni il tədbirlərinin keçirilməsi xüsusi əməliyyatda iştirak edən müdafiəçilərimizə münasibətdə etik deyil. Sakinlərimizi bayramı yaxınları ilə keçirməyə və qənaət edilən vəsaiti hərbi qulluqçularımıza humanitar yardım göstərilməsi üçün istifadə etməyə çağırıram", - Xovalığın bəyanatında deyilir.