Rusiya vətəndaşlarına xəbərdarlıq edərək, İrana səfərlər zamanı foto və video çəkməkdən çəkinməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın İrandakı səfirliyi məlumat yayıb.
Səfirlik bildirib ki, vətəndaşlar yerli qanunlara dəqiq riayət etməli və lazımi ehtiyat və diqqəti göstərməlidirlər.
“İstənilməyən hadisələr və qəsdən edilməmiş qanun pozuntularının qarşısını almaq məqsədilə Rusiya vətəndaşlarına İran İslam Respublikasına səfər edərkən, foto və video çəkməkdən ciddi şəkildə çəkinmələri tövsiyə olunur”, - qurum qeyd edib.