Rusiyanın daha bir neft emalı zavodu fəaliyyətini dayandırdı

Rusiyanın ən böyük şirkətlərindən biri olan “Rosneft”in Ryazan neft emalı zavodu noyabrın 15-də Ukraynanın PUA hücumundan sonra xam neft emalını dayandırıb.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadən məlumat yayıb.

"Neft emalı zavodunun ayın sonuna qədər fəaliyyət göstərməyəcəyi gözlənilir. Dekabrın 1-dək neft məhsullarının yüklənməsi nəzərdə tutulmayıb", - nəşrin mənbələri bildirib.

Vurğulanıb ki, dron hücumu nəticəsində baş verən yanğın Ryazan neft emalı zavodunu illik gücü 8 milyon tondan çox və ya zavodun ümumi gücünün 48%-ni təşkil edən əsas xam neft emalı blokunu bağlamağa məcbur edib.

Qeyd edək ki, daha öncə PUA hücumu nəticəsində Saratovdakı neft emalı zavodu da fəaliyyətini dayandırıb.