Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Moskvada keçirilən məsləhətləşmələrdən sonra yenidən İrəvan şəhərinə qayıdaraq öz vəzifələrini icra etməyə başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, mayın sonlarında Kopırkin Ermənistan hökumətinin Avropa İttifaqı ilə yaxınlaşma addımları ilə bağlı məsləhətləşmələr üçün Moskvaya çağırılmışdı.