Sanksiya təzyiqi qlobal normaya çevrilib və son 12 il ərzində təkcə Rusiyaya qarşı 32 min sanksiya tətbiq edilib.
Axar.az xəbər verir ki, bu barədə “Rosneft”in baş direktoru İqor Seçin bildirib.
“Sanksiya təzyiqi normaya çevrilib. Məhdudiyyətlərin ilkin olaraq qanunsuz xarakter daşımasına baxmayaraq, son 4 ildə onların tətbiqi dəfələrlə artıb. Son 12 il ərzində təkcə Rusiyaya qarşı müxtəlif, lakin bir-biri ilə əlaqəli yurisdiksiyalarda 32 min sanksiya tətbiq olunub. ABŞ 7400-dən çox məhdudiyyətlə liderlik edir, ardınca Kanada, İsveçrə, Avropa Birliyi, Norveç, Birləşmiş Krallıq, Avstraliya, Yeni Zelandiya və Yaponiya gəlir.. Ümumilikdə bu prosesdə 50-dən çox ölkə iştirak edir”, – Seçin deyib.