Sankt-Peterburqda miqrantlar taksi sürücüsü işləyə bilməyəcəklər

Sankt-Peterburq şəhərində miqrantların taksi sürücüsü və kuryer kimi işə götürülməsinə qoyulan məhdudiyyətlər 2026-cı ilə sonuna qədər uzadılacaq.

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov deyib.

"Biz müvafiq qadağaları 2026-cı ilin sonuna qədər uzatmağı məqbul hesab etdik - həm taksi, həm də kuryer işi üçün. Xarici mütəxəssislərə, şübhəsiz ki, tələbat var, ancaq iqtisadiyyatın onlara ehtiyac olduğu sektorlarda", - deyə Beqlov bildirib.