SEPAH dayanmır: Daha 3 ölkəyə zərbələr endirildi

SEPAH ABŞ-ın hədəflərinə və maraqlarına, o cümlədən Səudiyyə Ərəbistanındakı Əl-Xərc hava bazasına (F-16 və F-35 qırıcıları və AWACS kəşfiyyat təyyarələri üçün əsas yanacaq doldurma mərkəzi), Bəhreyndə yerləşən Şeyx İsa hava bazasına (ABŞ ordusunun komandanlıq, idarəetmə, məlumat mərkəzi və döyüş rabitəsi mərkəzi) və BƏƏ-dəki Əl-Dəfra hava bazasına zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) açıqlamasında bildirilib.

Qeyd edilib ki, zərbələr zamanı “Qiyam”, “Zülfüqar”, o cümlədən "Qədr", eləcə də "Xeybərşekan" raketlərindən istifadə edilib.