İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Gerçək vəd 4" əməliyyatının 50-ci dalğasının başladığını elan edib.
"Report" xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.
Qeyd olunub ki, İsrail və ABŞ-nin bölgədəki bazalarına hücum SEPAH-ın Hava-Kosmik Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirilib.
"Bu PUA-lar bölgədə ABŞ hərbçilərinin gizləndiyi yerləri aşkarlayıb hücum edirlər",- məlumatda qeyd olunub.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana hava zərbələri endirib. SEPAH İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri hədəf almaqla cavab əməliyyatına başlayıb.