SEPAH-ın Aerokosmik Qüvvələrində şübhəli hərbi fəallıq müşahidə olunur

Qərb kəşfiyyat qurumları son vaxtlar İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri tərəfindən qeyri-adi hərbi fəallıq müşahidə ediblər.

Sherg.az xəbər verir ki, qiymətləndirmələrdən məlumatlı mənbələrin ''Iran International'' nəşrinə bildirdiyinə görə, pilotsuz uçuş aparatları, ballistik raket və hava hücumundan müdafiə bölmələrinin əlaqələndirilmiş şəkildə yer dəyişməsi, eləcə də komanda-idarəetmə siqnallarında, yerləşdirmələrdə və logistik hərəkətlərdə normadan kənar aktivlik qeydə alınıb.

Bu hallar Qərb kəşfiyyat orqanlarının bölgəyə nəzarəti gücləndirməsinə səbəb olub.