Şoyqu: Aİİ-dən çıxacağı təqdirdə Ermənistanda qazın qiyməti 3-4 dəfə artacaq

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Avropa İttifaqı Ermənistanın real xərclərini öz üzərinə götürməyə hazır deyil.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinin yaydığı açıqlamada bildirib: "Avropa İttifaqı real xərcləri öz üzərinə götürməyə hazır deyil. Məsələn, qazın qiymətindəki fərqi dünya qiymətləri ilə ödəmək üçün- Ermənistan qazının 84%-ni Rusiyadan idxal edir - ildə təxminən bir milyard dollar tələb olunacaq. Aİ-nin bunu kompensasiya etməsi ehtimalı azdır. Bu o deməkdir ki, xərc yükü əhalinin üzərinə düşəcək. Qaz 3-4 dəfə bahalaşacaq".

Şoyqu xatırladıb ki, Ermənistanda elektrik enerjisinin əhəmiyyətli bir hissəsi qazdan istehsal olunur, ona görə də Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaq və Rusiya təchizatının azalması halında ev təsərrüfatları üçün qiymətlərin artmasının qarşısını almaq mümkün olmayacaq.