Suriya lideri: Hücuma məruz qalmasaq, müharibəyə qoşulmayacağıq

Suriya lideri Əhməd əl-Şaraa Dəməşqin dərhal təhlükə altında olmadığı təqdirdə müharibədə bitərəf qalacağını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.

"Əlbəttə ki, davam edən müharibə regiona mənfi təsir göstərir, enerji təchizatını kəsir. Əgər Suriya münaqişənin hər hansı bir tərəfi üçün hədəfə çevrilməsə, ölkə istənilən münaqişə zonasından kənarda qalacaq. Biz müharibədən kifayət qədər əziyyət çəkmişik və bunun üçün yüksək qiymət ödəmişik", - deyə Suriya lideri bildirib.