Türkiyə əhalisinin sayı açıqlandı

Türkiyənin əhalisi oktyabrın 1-nə olan məlumata görə 85 milyon 980 min 654 nəfərə çatıb.

“Qafqazinfo” xəbər verir ki, məlumatı Türkiyə Statistika Təşkilatı (TÜİK) açıqlayıb.

Müvafiq olaraq, 2024-cü ilin sonunda 85 milyon 664 min 944 nəfər olan ölkə əhalisi bu ilin 9 ayında 315,710 nəfər, iyulun 1-dən oktyabrın 1-dək isə 155,8 min nəfər artıb.

Beləliklə, ölkə əhalisinin 50,02 faizini kişilər (43 03 770 nəfər), 49,98 faizini isə qadınlar (42 976 884 nəfər) təşkil edib.