Türkiyədəki bütün sərhəd bölmələri bölgədəki vəziyyətlə əlaqədar olaraq yüksək hazırlıq vəziyyətindədir və hadisələri real vaxt rejimində izləyirlər.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi nazirlikdə keçirilən təhlükəsizlik iclasında bildirib.
Qeyd olunub ki, sərhəd təhlükəsizliyi üzrə görüşdə bölgədəki inkişaflar və onların qlobal təsirləri barədə ətraflı müzakirə aparılıb.