Türkiyə və Rusiya arasında məsləhətləşmələr aparılıb

Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci Ankarada Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankinlə məsləhətləşmələr aparıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, görüşdə iqtisadi və maliyyə institutlarındakı vəziyyət, xüsusilə də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), G20 və Ümumdünya Ticarət Təşkilatı (ÜTT) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər həmçinin enerji və əmtəə bazarlarındakı son vəziyyət, qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi və beynəlxalq platformalarda əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıb.