Xamenei: ABŞ İsraili dəstəklədiyi müddətcə onunla qarşılıqlı əlaqə mümkün deyil

“ABŞ İsraili dəstəkləməkdə və Yaxın Şərqin daxili işlərinə qarışmaqda davam etdiyi müddətcə İran və ABŞ arasında əməkdaşlıq mümkün deyil”.

Teleqraf xəbər verir ki, bunu İranın Ali dini rəhbəri Əli Xamenei deyib.

Xamenei 1979-cu ildə Tehranda ABŞ səfirliyinin ələ keçirilməsinin ildönümünə həsr olunmuş tədbirdə tələbələrlə görüşü zamanı bildirib:

“Amerikanın sionist rejimə (İsrail – red.) davamlı dəstəyi, Amerika hərbi bazalarının mövcudluğu və regionun işlərinə qarışmasını nəzərə alsaq, ABŞ və İran arasında əməkdaşlıq etmək mümkün deyil”.

İran liderinin sözlərinə görə, Tehranla Vaşinqton arasındakı bütün fikir ayrılıqlarının “Amerikaya ölüm” şüarından qaynaqlandığına inanmaq sadəlövhlükdür: “İran İslam Respublikası ilə ABŞ arasındakı fikir ayrılıqları əsaslıdır və iki cərəyan arasında maraqların toqquşmasıdır”.