Xamenei: Əgər müharibə vəziyyəti davam edərsə, digər cəbhələr də açılacaq

"Əgər müharibə vəziyyəti davam edərsə, digər cəbhələr də açılacaq".

Teleqraf xəbər verir ki, bunu İranın dini lideri Müctəba Xamenei bildirib.

"Düşmənin zəif və təcrübəsiz olacağı cəbhələri açmaq üçün səylər göstərilib. Əgər mövcud vəziyyət davam edərsə, maraqlarımız nəzərə alınmaqla digər cəbhələr də açılacaq" - dini lider qeyd edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bildirib ki, İrana qarşı 19 mayda planlaşdırılan hərbi hücum Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ liderlərinin xahişi ilə təxirə salınıb.