Xameneinin dörd oğlu -Müctəba Xamenei ən çox adı hallanan fiqur kimi göstərilir -RƏY

"2025-ci ilin oyun ayındakı 12 günlük müharibədən sonra ABŞ və İsrail kəşfiyyatı İranın ali rəhbəri Seyid Əli Xameneini əhatə edən şəbəkənin gizli və həssas məqamları üzərində faydalı məlumat toplamaq kampaniyasını genişləndirdi". 

Bu sözlləri Sherg.az-a açıqlamasında Siyasi sərhçi Aqşin Kərimov deyib.

Analitik qeyd edib ki, Ali rəhbərin ailə sirləri barədə məlumatlar, onun təhlükəsizlik və səhhəti ilə məşğul olan tıbb personalı barədə premium məzmunlu məqalələr yayımlandı:

" Bu, İranın ali rəhbərinin növbəti əməliyyatlarda dəqiq zərbələrlə hədəf alınacağı ehtimallarını qətiləşdirən niyyətləri informasiya əməliyyatları ilə gücləndirirdi. Lakin Xamenei bir neçə gün öncə də ölə bilərdi, çünki onun səhhəti yaxşı deyildi. Bu versiya doğrudursa, onda İranın ideloji sistemi Əli Xameneinin ölümünün elan edilməsi vaxtını ölkəyə qarşı əməliyyatlar aparılan vaxta saldı. Bu, İran ictimaiyyətini konsolidasiya etmək üçün uyğun zamandır, Seyid Əli Xameneinin ailə üzvləri İslam Respublikasının idarə olunmasında mühüm fiqurlar kimi çıxış edirdi, onun xanımı Mansura Bağırzadə xüsusilə Xamenei ətrafında qadın hərəkatının təşkilatlanmasına, İslam Respublikası ideallarının dəstəklənməsinə töhfə verirdi". 

A.Kərimov söyləyib ki, Əli Xameninin 4 oğlu (Müctəba, Məsud, Mustafa və Meysəm) İranın dini, ideoloji, təhlükəsizlik və iktisadi güc strukturlarında imtiyaza malikdirlər:

"Müctəba Xamenei İran elitasında və qardaşlar arasında eksklüziv nüfuza malikdir. Onun hazırda qardaşlar arasında atasından sonra varis kimi adı daha çox hallanır. Meysəm Xamenei nüfuz baxımından aşağı iyerarxiyadadır. Məlumatlara əsasən, Meysəm Xamenei Tehran seminariyasında dərs deyir və bununla yanaşı, Ali Rəhbərin Əsərlərinin Qorunması və Nəşri Ofisində çalışır. Məsud Xameni atasının və İslam İnqilabının təbliği aparatına nəzarət edir. O, Xameneinin Əsərlərinin Qorunması və Nəşri Ofisinə rəhbərlik edir. Mustafa Xamenei isə qardaşlar arasında ən gizli biri kimi xarakterizə edilir. Məlumata görə, o, Qumda yaşayır və oradakı seminariyada dərs deyir".