Xameneinin müşaviri: İran ABŞ gəmilərini məhv edə bilər

İranın ali lideri Əli Xameneinin hərbi müşaviri Möhsün Rzayi ABŞ-i sərt tənqid edərək, Tehranın Amerika hərbi qüvvələrinə qarşı ciddi cavab verə biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib.

Rzayi ABŞ-ni dünyada aviadaşıyıcıları olan yeganə pirat adlandıraraq qeyd edib ki, İranın quldurlarla mübarizə qabiliyyəti onun hərbi gəmiləri batırmaq imkanları ilə eyni səviyyədədir.

“ABŞ dünyada aviadaşıyıcıları olan yeganə piratdır. Bizim piratlarla mübarizə imkanlarımız döyüş gəmilərini batırmaq qabiliyyətimizdən geri qalmır. Gəmilərinizin və qüvvələrinizin qəbiristanlığa çevriləcəyinə hazır olun”, – deyə o vurğulayıb.