Şərq Qəzeti
Ermənistanda TikTok sosial şəbəkəsində vətəndaşlara 350 min dram (1000 dollara yaxın) sosial yardım vəd edən saxta elanlar yayılıb.
Sherg.az xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, dələduzlar vətəndaşlardan təqdim olunan keçid vasitəsilə qısa müddətdə ərizə doldurmağı tələb edirlər.
Nazirlik şübhəli keçidlərə daxil olmamağa, naməlum saytlarda şəxsi məlumatları paylaşmamağa və Telegram hesabına giriş üçün təsdiq kodlarını heç kimə verməməyə çağırıb.
Qeyd olunub ki, dələduzlar bu yolla istifadəçilərin hesablarını ələ keçirərək digər şəxslərə qarşı qanunsuz əməllər törədə bilərlər.
“Apple” şirkəti bazar kapitallaşmasına görə yenidən dünyanın ən dəyərli şirkəti adına sahib olub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, oktyabrın 30-da “Apple”ın bazar kapitallaşması 5,03 trilyon dollara çatıb. Bununla da şirkət 4,93 trilyon dollar kapitallaşmaya malik “Nvidia”nı geridə qoyub.
“Bloomberg” bu dəyişikliyi investorların süni intellekt sahəsinə yatırımlarla bağlı narahatlıqları və “Apple” səhmlərinin daha təhlükəsiz investisiya vasitəsi kimi qəbul edilməsi ilə əlaqələndirir.
Qeyd edək ki, “Apple” sonuncu dəfə iyulun sonunda “Nvidia”nı geridə qoyaraq dünyanın ən dəyərli şirkəti olmuşdu.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,88 ABŞ dolları və ya 3,17 % artaraq 126,16 ABŞ dolları təşkil edib.
Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 118,76 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,1 ABŞ dolları və ya 3,65 % artaraq 116,48 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.
Gəncə sakini elektrik cərəyanı vurması nəticəsində ölüb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
1958-ci il təvəllüdlü Cavid Əliyevi yaşadığı evdə elektik cərəyanı vurması nəticəsində ölüb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlə Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
ABŞ Konqresinə aralıq seçkilərində Respublikaçılar Partiyasının məğlubiyyəti prezident Donald Trampı İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər.
Bu barədə “Axios” portalı administrasiyadakı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ administrasiyasında İrana yenidən zərbələr endirilməsi ilə bağlı fikir ayrılığı var. Dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqset hərbi əməliyyatların bərpasını dəstəklədiyi halda, vitse-prezident Ceyms Devid Vens, eləcə də Stiv Uitkoff və Cared Kuşner Tehranla danışıqların yenidən başlamasının tərəfdarıdır.
Administrasiyadakı mənbələrdən biri bildirib ki, Respublikaçılar aralıq seçkilərdə məğlub olarsa, Tramp genişmiqyaslı hərbi əməliyyatlara başlamaq barədə əmr verməyə daha meyilli ola bilər. Ağ Evin nümayəndəsi isə seçkilərin nəticələrinin Trampın İranla bağlı qərarına təsir etməyəcəyini bildirib.
“Axios”un məlumatına görə, Qətər nümayəndələri ABŞ və İran nümayəndələri arasında birbaşa danışıqların bərpası istiqamətində Tehranda irəliləyişə nail olublar. Bu təmasların oktyabrın 31-də Dohada davam etdirilməsi planlaşdırılır.
Qeyd edək ki, ABŞ-da Konqresə aralıq seçkiləri noyabrın 3-də keçiriləcək.
Polşa prezidenti Karol Navrotski ölkənin Konstitusiya Məhkəməsində yaranmış vəziyyətin həlli məqsədilə bütün siyasi qüvvələrin iştirakı ilə təcili müşavirə çağırıb.
APA xəbər verir ki, bununla yanaşı, Polşa prezidentinin konstitusiya böhranı fonunda gəldiyi məhkəmə binasını hələ tərk etmədiyi bildirilir.
7:37
Polşa Konstitusiya Məhkəməsinin qarşısında toqquşmalar davam edir.
APA xəbər verir ki, əksəriyyəti sərxoş olan etirazçılar polis kordonunu keçməyə çalışırlar.
5:41
Polşa prezidenti Karol Navrotski ölkədə Konstitusiya Məhkəməsi ətrafında yaranmış böhranla əlaqədar Seneqala səfərini yarımçıq dayandıraraq Varşavaya qayıdıb.
APA xəbər verir ki, prezident paytaxta çatdıqdan sonra Prezident Sarayında Konstitusiya Məhkəməsinin sədri Boqdan Şvençkovski və Ali Məhkəmənin sədri Zbiqnev Kapinski ilə görüş keçirib.
Görüşdə hansı məsələlərin müzakirə olunduğu barədə məlumat verilməyib.
Qeyd edək ki, bundan əvvəl hakim Anna Korvin-Piotrovska Şvençkovskinin vəzifələrinin icrasını bir ay müddətinə dayandırdığını elan edib.
Məbləğ konkret ölkədən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişə bilər.
Nisbətən rahat yaşamaq üçün Avropada yetkin bir insanın ayda təxminən 2867 avro xalis gəlirə ehtiyacı var.
Lent.az bildirir ki, lakin bu, orta rəqəmdir və “Euronews”un məlumatına görə, ölkədən ölkəyə əhəmiyyətli dərəcədə dəyişəcək.
Nəşrin müəllifi yaşamaq üçün lazım olan minimum pul məbləğini deyil, hər bir ölkə üçün orta gəlirin 150 faizi kimi qiymətləndirdiyi "rahat" səviyyəni təxmin edib. İqtisadi əməkdaşlıq və inkişaf təşkilatının təsnifatına görə, bu, yuxarı orta təbəqəli ev təsərrüfatları üçün aşağı gəlir həddidir.
Təhlilə daxil olan 34 Avropa ölkəsi arasında ən yüksək aylıq gəlir tələbi İsveçrədə 6491 avro ilə qeydə alınıb. Avropa Birliyi ölkələri arasında Lüksemburq 6256 avro ilə liderlik edir. Lakin Rumıniya ən aşağı aylıq gəlir tələbinə malikdir - 1023 avro.
Avropa Birliyinin ən böyük iqtisadiyyatları arasında Almaniyada rahat həyat üçün ən yüksək aylıq gəlir tələbi 3611 avro ilədir. Fransada bu göstərici 3307 avro, İtaliyada 2758 avro və İspaniyada 2546 avrodur.
Yuxarıdakı rəqəmlər tək yaşayan şəxslərə aiddir. Uşağı olmayan cütlük üçün Avropa Birliyində orta aylıq gəlir tələbi 4301 avro, 14 yaşdan kiçik iki uşağı olan ailə üçün isə 6021 avro olaraq qiymətləndirilir. Çünki birlikdə yaşamaq kirayə haqqı, enerji və digər xərclərdə qənaət etməyə imkan verir.
Dünya tarixində ən böyük texnoloji yeniliklərdən biri hesab olunan internetin yaranmasından 57 il ötür.
Musavat.com xəbər verir ki, 1969-cu il oktyabrın 29-da ABŞ-də internetin sələfi sayılan ARPANET şəbəkəsi vasitəsilə tarixdə ilk mesaj göndərilib.
Həmin gün Kaliforniya Universitetinin Los-Ancelesdəki kampusunda (UCLA) yerləşən kompüterdən təxminən 560 kilometr uzaqlıqdakı Stenford Tədqiqat İnstitutunun kompüterinə məlumat ötürülməsinə cəhd edilib.
Tədqiqatçılar uzaqdakı kompüterə “LOGIN” sözünü göndərmək istəyiblər. Lakin sistem ilk iki hərf – “LO” ötürüldükdən sonra sıradan çıxıb. Beləliklə, internet tarixində ilk göndərilən mesaj cəmi iki hərfdən ibarət olub. Daha sonra texniki nasazlıq aradan qaldırılıb və məlumatın ötürülməsi uğurla tamamlanıb.
İlk mesajın göndərilməsində UCLA-nın tələbəsi Çarli Klayn və Stenford Tədqiqat İnstitutunun mühəndisi Bill Düvall iştirak ediblər. Layihəyə rəhbərlik edən alimlərdən biri isə kompüter şəbəkələri sahəsində mühüm tədqiqatları ilə tanınan Leonard Kleynrok olub.
ARPANET layihəsi ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Tədqiqat Layihələri Agentliyinin (ARPA) maliyyələşdirməsi ilə həyata keçirilib. Layihənin əsas məqsədi müxtəlif universitetlərdə və elmi-tədqiqat mərkəzlərində yerləşən kompüterlər arasında məlumat mübadiləsini təmin etmək olub.
1969-cu ilin sonuna qədər ARPANET şəbəkəsinə dörd elmi-tədqiqat müəssisəsi qoşulub. Bunlar Kaliforniya Universitetinin Los-Anceles və Santa-Barbara kampusları, Stenford Tədqiqat İnstitutu və Yuta Universiteti idi.
İnternet tarixində digər mühüm hadisə 1971-ci ildə baş verib. Amerikalı proqramçı Rey Tomlinson kompüter şəbəkəsi üzərindən elektron məktub göndərilməsi sistemini yaradıb. Elektron poçt ünvanlarında istifadə olunan məşhur “@” işarəsini də məhz o seçib.
1973-cü ildə ARPANET ilk beynəlxalq bağlantılarını qurub. Böyük Britaniya və Norveçdəki kompüter sistemləri şəbəkəyə qoşulub.
1983-cü il yanvarın 1-də ARPANET-in TCP/IP protokollarına keçməsi internetin inkişafında mühüm mərhələ olub. Bu texnologiya müxtəlif kompüter şəbəkələrinin vahid sistemdə əlaqələndirilməsinə şərait yaradıb.
1984-cü ildə domen adları sistemi – DNS istifadəyə verilib. 1985-ci ildə isə ilk kommersiya məqsədli domenlərdən biri olan “symbolics.com” qeydiyyatdan keçirilib.
1989-cu ildə britaniyalı alim Tim Berners-Li Avropa Nüvə Tədqiqatları Təşkilatında (CERN) Ümumdünya Hörümçək Toru – World Wide Web sistemini təklif edib.
1990-cı ildə dünyanın ilk veb-saytı yaradılıb. CERN-də hazırlanan bu sayt World Wide Web layihəsi haqqında məlumat verirdi. 1991-ci ildə veb texnologiyası internet istifadəçilərinin daha geniş dairəsi üçün əlçatan olub.
1993-cü ildə “Mosaic” adlı qrafik veb-brauzerin istifadəyə verilməsi internet səhifələrinə baxışı xeyli asanlaşdırıb. 1994-cü ildə “Yahoo!”, 1998-ci ildə isə “Google” yaradılıb.
İnternetin inkişafı ilə bağlı maraqlı faktlardan biri də ilk veb-kameranın tarixidir. 1991-ci ildə Kembric Universitetinin tədqiqatçıları qəhvə aparatındakı içkinin miqdarını uzaqdan izləmək üçün kamera sistemi qurublar. Sonradan həmin görüntülər internet vasitəsilə yayımlanıb.
1992-ci ilin dekabrında isə mühəndis Nil Papvort kompüterdən mobil telefona ilk SMS mesajını göndərib. Mesajda “Merry Christmas” – “Milad bayramınız mübarək” sözləri yazılıb. SMS texnologiyası internetdən fərqli rabitə sistemi üzərində işləsə də, rəqəmsal kommunikasiyanın inkişafında mühüm yer tutub.
1990-cı ildə ARPANET rəsmi olaraq fəaliyyətini dayandırıb. Lakin həmin dövrdə artıq başqa kompüter şəbəkələri fəaliyyət göstərirdi və onların genişlənməsi nəticəsində internet bütün dünyaya yayılmağa başlayıb.
İnternetin ilk illərində məlumat mübadiləsi əsasən universitetlər, elmi mərkəzlər və dövlət qurumları arasında aparılırdı. Şəbəkəyə qoşulmaq üçün xüsusi avadanlıqlar tələb olunurdu və adi insanların internetdən istifadə imkanları olduqca məhdud idi.
1990-cı illərdə fərdi kompüterlərin geniş yayılması və telefon xətləri üzərindən internetə qoşulma texnologiyasının inkişafı qlobal şəbəkənin evlərə daxil olmasına şərait yaradıb. Həmin dövrdə istifadəçilər internetə qoşulmaq üçün modemlərdən istifadə edirdilər.
2000-ci illərdə genişzolaqlı internetin yayılması, daha sonra Wi-Fi, 3G, 4G və 5G texnologiyalarının tətbiqi insanların internetə qoşulma imkanlarını genişləndirib.
Portuqaliya Futbol Federasiyası Kriştiano Ronaldo barədə qərar qəbul edib.
Sherf.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyası (FPF) "Əl-Nəsr" klubuna rəsmi məktub ünvanlayaraq Kriştiano Ronaldo, Joao Feliks və Samu Kostanın milli komandanın düşərgəsinə buraxılmasını xahiş edib.
Bu addım 41 yaşlı hücumçunun noyabr ayında keçiriləcək UEFA Millələr Liqasının həlledici qarşılaşmalarında iştirak etməsi üçün şərait yaradır.
Sentyabr ayında Ronaldo məşqçilər korpusu ilə yaşadığı fikir ayrılığından sonra gözlənilmədən milli komandanın məşq bazasını tərk etmişdi.
FPF-nin İntizam Komitəsi bu hərəkətə görə Ronaldoya 30 günlük cəza tətbiq etmişdi. Cəza müddəti 30 oktyabr tarixində rəsmən başa çatdı.
Ronaldo azarkeşlərdən öz davranışına görə üzr istəyərək veriləcək hər cür cəzanı qəbul etməyə hazır olduğunu bildirmişdi.
Portuqaliya millisinin baş məşqçisi Xorxe Xesusun final heyətini noyabrın 6-da açıqlayacağı gözlənilir.
Komandanın noyabr ayındakı təqvimi:
14 noyabr: Portuqaliya - Danimarka (Braqa)
17 noyabr: Uels - Portuqaliya (Kardiff)
(Offsideplus.az)
Alimlər təxminən 66 milyon il əvvəl yaşamış, hinduşka böyüklüyündə olan yeni dinozavr növü aşkar ediblər.
Lent.az xəbər verir ki, “Infernogallus jamesi” adlandırılan bu canlının digər dinozavrlardan fərqli olaraq meyvələrlə qidalandığı ehtimal olunur.
Onun dimdiyi və çənə quruluşu sərt bitki materiallarını və meyvələri yeməyə uyğunlaşıb.
Tədqiqatçılar bu kəşfin dinozavrların qidalanma müxtəlifliyi haqqında təsəvvürləri genişləndirdiyini bildirirlər.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istəyirsə, Moskvaya gəlməlidir.
Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Atlanta şəhərində keçirilən G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısının ilk gününün yekunlarına dair mətbuat konfransında bildirib.
Lavrovun sözlərinə görə, Putin Zelenski ilə birbaşa görüşməyə hələ də hazırdır.
“Putin dəfələrlə bəyan edib ki, Zelenskinin hakimiyyətə gəlişindən ötən altı il ərzində baş verənlərə baxmayaraq, onunla görüşməyə hazırdır”, – nazir qeyd edib.
Lavrov xatırladıb ki, Zelenskinin birbaşa görüş çağırışına Putin də cavab verib.
“Prezident Putin bildirib ki, Zelenski görüşmək istəyirsə, Moskvaya gəlsin. Biz onun təhlükəsizliyini təmin edəcəyik. Bir daha təkrar edirəm: görüşmək istəyirsə, Moskvaya gəlsin”, – Rusiya XİN rəhbəri vurğulayıb.
Müğənni Keti Perri 42-ci doğum gününü sevgilisi, 54 yaşlı Kanadanın keçmiş baş naziri Castin Trüdo ilə necə qeyd etdiyini nümayiş etdirib.
OLAY yazır ki, müğənninin doğum günündə cütlük qayayadırmanma ilə məşğul olub, axşamın sonunda isə ad günü tortu yeyiblər.
“Bu həftə 42-ci səviyyəyə çatdım! 42 yaşına münasibətim əvvəlcə olduqca laqeyd idi. Amma sonra mənə izah etdilər ki, 42 əslində bütün sualların cavabıdır. Hələ də bunun nə demək olduğunu anlamasam da, 42 yaşımın tamam olmasına etiraz etmirəm. Əsas odur ki, bu günü səninlə birlikdə qeyd edə bildim. Yenidən həyata qayıdıram...” deyə müğənni Castin Trüdo ilə fotolarını paylaşaraq yazıb.
Tez-tez təkrarlanan və uzunmüddətli baş ağrılarına fərqli və effektiv müalicə “Homeosiniatriya” yanaşması tətbiq edilir.
Medicina.az xəbər verir ki, sözügedən müalicə zamanı mezoterapiya texnikasından istifadə edilərək bədən meridianlarının aktiv nöqtələrinə xüsusi biotənzimləyici preparatlar yeridilir. İnyeksiyanın papula (qabarcıq) şəklində tətbiq edilməsi təsirin daha uzunmüddətli olmasını təmin edir.
Baş ağrılarında Biotənzimləyici preparatların tətbiqi ilə beyin qan dövranını dəstəkləmək, əzələ spazmlarını azaltmaq və psixoemosional vəziyyətin tənzimlənməsinə kömək etmək hədəflənir. Eyni zamanda, fassial gərginliyin azaldılması da müalicə yanaşmasının bir hissəsidir.
İnteqrativ Tibb Mütəxəssisi, nevroloq-asteopat Aygün Məmmədova qeyd edir ki, son illər pasiyentlər arasında baş ağrıları zamanı homeosiniatriya metodun tətbiqi müsbət effektivliyi ilə seçilir.
Mütəxəssis qeyd edir ki, müalicə protokoluna uyğun olaraq drenaj-detoksikasiya olunması da inteqrativ yanaşmanın tələblərindəndir, hansı ki, orqanizm bununla müalicə mərhələsinə hazırlanır.
Qeyd edək ki, İnteqrativ tibbin əsas məqsədi ağrını və ya simptomları bloklamaq deyil, onu yaradan kök səbəbi aradan qaldırmaqdır. Bu baxımdan Homeosiniatriya üsulu zamanı orqanizmin özünütənzimləmə mexanizmləri dəstəkləməklə müalicəyə kompleks yanaşılır.
Çinin “Huawei” şirkətinin daha münasib qiymət seqmentinə yönəlmiş “Starlight” adlı yeni smartfon markası yaratdığı bildirilir.
Lent.az xəbər verir ki, markanın ilk telefonunun 6,39 düymlük geniş ekranla təchiz ediləcəyi gözlənilir.
Məlumata görə, prototip mərhələsində olan smartfon “Kirin 9” seriyalı prosessor, 16 GB operativ yaddaş və 1 TB daxili yaddaşa malik olacaq.
“Huawei”in əvvəllər “Pura X” seriyasında istifadə etdiyi geniş ekran dizaynını yeni markaya da tətbiq edəcəyi bildirilir. Şirkətin yüksək performanslı cihazları daha münasib qiymətə təqdim etməyi hədəflədiyi ehtimal olunur.
Qış aylarında tez-tez geyinilən yun, trikotaj və kaşmir geyimlərdə sürtünmə nəticəsində yaranan tüklənmə (tiftiklənmə) geyimlərin köhnə görünməsinə səbəb olur. Xüsusi tiftik təmizləyən aparatlar olmadan, adi ülgüclə geyimləri zədələmədən ilk günkü görünüşünə qaytarmaq mümkündür.
Milli.Az xəbər verir ki, yunun tərkibindəki liflər sürtündükcə kənara çıxıb bir-birinə dolaşır və kiçik diyircəklər əmələ gətirir. Bu tiftikləri əllə çəkib qoparmaq altda qalan lifləri boşaldaraq geyimin deformasiyasını sürətləndirir. Ona görə də tiftikləri kəskin bir alətlə nəzarətli şəkildə kəsmək parça bütövlüyünü qoruyur.
Ülgüclə doğru təmizləmə qaydası:
Tiftiklənmiş geyimi bərk və hamar bir masanın üzərinə tam dartılmış (hamar) şəkildə sərin.
Bir və ya iki bıçaqlı adi ülgücü geyimin lifləri istiqamətində, dar bucaq altında yuxarıdan aşağıya doğru yavaşca sürüşdürün.
Ülgücün parçanın toxumasına deyil, yalnız səthdəki tiftiklərə dəyməsinə diqqət edin. Bıçağı geyimə dik tutmaq və ya üzərinə güc tətbiq etmək olmaz.
Bu yüngül əl hərəkəti sayəsində yun, trikotaj və kaşmir geyimlər heç bir zədə almadan pürüzsüz və təmiz görünüş qazanır.
Aktyorlar Kara Delevin və Cordan Förstman “Club Kid” filminin Nyu-York premyerasında qırmızı xalçada səmimi görüntüləri ilə diqqət çəkiblər.
OLAY yazır ki, ulduzlar “Regal Union Square” kinoteatrında keçirilən premyerada fotoqraflara poza verərkən bir-birlərini dodaqdan öpüblər.
Tədbirdə aktyorları filmdəki həmkarları Reggi Absolom, Kolleen Kamp, Saturn Risin9, Miss Benni, Alaska Riley və Cek Kameron Key də müşayiət ediblər.
Bir saat gec yatmaq sizi ölümcül xəstəlik riski ilə üz-üzə qoya bilər.
Medicina.az xəbər verir ki, yeni elmi açıqlamaya görə, yatağa adət etdiyinizdən daha gec getmək, məsələn, telefona baxmaq, kitab oxumaqla yuxu müddətindən kəsmək çöx təhlükəlidir.
Yatış vaxtınızı cəmi bir saat gecikdirmək sizi "səssiz qatil" adlandırılan xəstəliklərə tutulma riski ilə üz-üzə qoya bilər.
Ürək problemləri və digər ürək-damar xəstəlikləri Böyük Britaniyada ölüm hallarının əsas səbəblərindən biridir və bütün ölüm hallarının təxminən dörddə birini təşkil edir.
Qidalanma tərzi, fiziki fəaliyyət tezliyi və genetik amillər kimi bir sıra faktorlar ürək problemləri riskini artıra bilər.
Lakin yeni araşdırmalar göstərir ki, yuxu vərdişləriniz də ürək sağlamlığınıza ciddi təsir göstərə bilər.
Kardioloq Oleq Vorfolomeyevin sözlərinə görə, gecə yuxusuz qalmaq ürəyə zərər verə bilər. Alimlər belə qənaətə gəliblər ki, hətta yüngül dərəcəli yuxu çatışmazlığı belə təhlükəli ola bilər".
12 həftə davam edən araşdırmada, adətən hər gecə tövsiyə olunan yeddi-səkkiz saat yuxu alan 35 sağlam qadın iştirak edib.
Tədqiqatın ilk altı həftəsində iştirakçılar müntəzəm yuxu rejiminə riayət ediblər. Növbəti altı həftə ərzində isə onlar yatağa adət etdiklərindən bir saat yarım gec gediblər. Onlar biləklərində yuxu izləyici cihazlar gəzdiriblər ki, bu da yuxu vərdişlərinin müşahidə olunmasına imkan verib.
Müəyyən edilib ki, cəmi altı həftəlik yuxu çatışmazlığından sonra iştirakçıların qan damarlarının daxili səthini örtən hüceyrələr zərərli oksidləşdirici maddələrin təsirinə məruz qalıb.
"Bu ona görə baş verib ki, yuxusuzluqdan əziyyət çəkən hüceyrələr zərərli molekulları təmizləmək üçün antioksidant reaksiyaları işə sala bilməyiblər. Nəticədə, yuxu çatışmazlığı olan bu hüceyrələrdə iltihab yaranıb və onlar öz funksiyalarını itiriblər; bu isə ürək-damar xəstəliklərinin inkişafında kritik ilkin mərhələdir".
Bu, yüngül, lakin xroniki yuxu çatışmazlığının ürək xəstəliklərinə səbəb olduğuna dair ilk birbaşa sübutlardan biridir. Əvvəllər yuxu ilə ürək sağlamlığı arasındakı əlaqə yalnız epidemioloji tədqiqatlarda müşahidə olunmuşdu; Bununla belə, bu cür tədqiqatların nəticələri müəyyən edilməsi və nəzərə alınması çətin olan çoxsaylı amillər səbəbindən təhrif oluna bilər.
İnsanların əksəriyyəti hər gün təxminən eyni vaxtda oyansa da, yatma vaxtını bir-iki saat gecikdirirlər. Tədqiqatçılar yetkinlər arasında ən geniş yayılmış yuxu rejimi olan bu davranışı simulyasiya etməyə çalışıblar.
Kardioloq yetkinlərə hər gecə yeddi-doqquz saat yatmağı tövsiyə edir. Lakin məlumatlar göstərir ki, insanların yalnız 32 faizi yeddi saat, 17 faizi isə səkkiz saat yatır.
"Əgər insanlar gündə ən azı yeddi-səkkiz saat yatsaydılar, çox problem həll oluna bilərdi. Gənc və sağlam insanlar bilməlidirlər ki, mütəmadi olaraq kifayət qədər yatmadıqda, ürək-damar xəstəliklərinə tutulma riskini artırırlar."
Çin hər iki ölkənin rəqabət qabiliyyətini artıracaq süni intellekt (Sİ) və rəqəmsal iqtisadiyyat sahələrində Almaniya ilə əməkdaşlığı inkişaf etdirməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə Çin sədri Si Cinpin Pekindəki Böyük Xalq Yığıncaqları Zalında Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə danışıqları zamanı bildirib.
"Çin gələcək rəqabət qabiliyyətini birgə artırmaq və Çin-Almaniya əməkdaşlığının əhatə dairəsini genişləndirməklə ona əlavə təkan vermək üçün süni intellekt, yaşıl aşağı karbonlu texnologiyalar, xidmət ticarəti və rəqəmsal iqtisadiyyat kimi sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün Almaniya ilə işləməyə hazırdır", - deyə Çin lideri bildirib.
Si Cinpinin sözlərinə görə, iki ölkənin inkişaf strategiyaları uyğundur və bu da əməkdaşlıq üçün geniş imkanlar açır. O, Çinin Alman şirkətlərinin Çin bazarında artan iştirakını alqışladığını vurğulayıb və Almaniyanın Çin müəssisələri üçün "ədalətli, şəffaf və ayrı-seçkilik etməyən mühit" təmin edəcəyinə ümid etdiyini bildirib.
Ştaynmayer öz növbəsində bildirib ki, Almaniya Çinlə yüksək səviyyəli əlaqələri davam etdirməyə, ticarət, elm və texnologiya, süni intellekt və ətraf mühitin mühafizəsi kimi sahələrdə əməkdaşlığı gücləndirməyə, eləcə də mədəni mübadiləni təşviq etməyə hazırdır. O, iki ölkənin dialoq və məsləhətləşmə yolu ilə iqtisadi və ticarət fərqlərini adekvat şəkildə həll edə və qarşılıqlı faydalı nəticələr əldə edə biləcəyini iddia edib.
Türkiyə xarici işlər naziri Hakan Fidan Atlanta şəhərində keçirilən G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısı çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.
Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, söhbət zamanı Türkiyə-ABŞ ikitərəfli əlaqələri ilə yanaşı, ABŞ və İran arasında diplomatik təmaslar, Qəzzada son vəziyyət, Rusiya-Ukrayna böhranı və regional məsələlər müzakirə edilib.
"Binance" kriptobirjasının qurucusu Çanpen Çjao amerikalı iş adamı və milyarder İlon Maskın "X" sosial şəbəkəsindəki reaksiyasından sonra 1 milyard dollardan çox dəyəri olan "SpaceX" səhmlərini satmaq ehtimalına eyham vurub.
Oxu.Az bu barədə RBC-ya istinadən xəbər verir.
Məlumata görə, Mask 2022-ci ildə müflis olmuş FTX birjasının qurucusu Sem Benkman-Fridin zərərləri kompensasiya etmək vədinə dair paylaşımın altında emoji ilə reaksiya verib. Mask "Binance" şirkətinin böyük haker hücumu ilə bağlı xəbərlərə "Hər gün sıfır gündür" ifadəsi ilə cavab verib.
Çjao isə buna cavab olaraq Maskdan hazırkı vəziyyətdə istehza xarakterli reaksiyalardan çəkinməyi xahiş edib.
O bildirib ki, "Binance"in elektron pulqabılarından hakerlər tərəfindən 6 milyard dollardan çox kriptovalyuta oğurlanıb və şirkət bu zərəri qarşılamaq üçün vəsait tapmalıdır.
"İlon, sənə böyük hörmətim var, amma indi zarafat etmək üçün münasib vaxt deyil. Xahiş edirəm, bunu dayandır. Sənin "Twitter"i satın almağına 500 milyon dollarlıq investisiyamızdan əldə etdiyimiz SPCX səhmlərinin dəyəri 1 milyard dolları ötüb. Bir qədər dəstək göstərməyini yüksək qiymətləndirərdik. Təşəkkürlər!" - deyə Çjao yazıb.
O, ilkin hesablamalara görə, oğurlanmış 6 milyard dolların 3 milyard dollarlıq hissəsinin artıq dondurulduğunu, daha 1 milyard dolların isə birjanın SAFU təhlükəsizlik fondunda olduğunu bildirib.
Beləliklə, çatışmayan vəsaitin təxminən 2 milyard dollar təşkil etdiyini deyən Çjao bu məbləğin ciddi olsa da, idarəolunan olduğunu vurğulayıb. Onun sözlərinə görə, "Binance"in yalnız SPCX səhmlərindəki aktivlərinin dəyəri 1 milyard dollardan çoxdur.
İran mümkün hərbi hücumlara cavab vermək üçün kompleks plan hazırlayıb.
"Report" xəbər verir ki, bu barədə İranın təhlükəsizlik qüvvələrinin yüksək vəzifəli nümayəndəsi "Əl-Məyadin" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, İranın cavab tədbirlərinin miqyası və intensivliyi "rəqibin bütün gözləntilərini üstələyəcək və onun üçün gözlənilməz olacaq".
Telekanalın həmsöhbəti həmçinin xəbərdarlıq edib ki, "terror aktları" törədiləcəyi təqdirdə İranın hədəflərinin siyahısı genişləndiriləcək. Bu siyahıya rəqiblərin, eləcə də onların regiondakı müttəfiqlərinin mərkəzləri, obyektləri və qərargahları daxil ediləcək.
Qeyd edək ki, bundan əvvəl "Axios" portalı diplomatik danışıqların nəticəsiz qalacağı təqdirdə ABŞ və İsrailin noyabrda keçiriləcək aralıq seçkilərdən dərhal sonra İrana qarşı yeni hərbi əməliyyat planı hazırladığını yazıb.
ABŞ prezidenti Donald Tramp Rusiya Birbaşa İnvestisiyalar Fonduna (RBİF) qarşı sanksiyaların hələlik qüvvədə qalacağını bildirib.
APA xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Tramp əlavə edib ki, bəzi şəxslər ondan Rusiyaya qarşı sanksiyalar tətbiq etməsini istəyiblər.
"Bavariya" futbol klubunun hücumçusu Harri Keyn 2026-cı ilin "Qızıl top" ("Ballon d'Or") uğrunda mübarizəsində "Real Madrid"in forvardı Kilian Mbappeni cəmi 28 xal qabaqlayıb.
Oxu.Az bildirir ki, bu barədə "Qızıl top" mükafatını təsis edən "France Football" nəşri məlumat yayıb.
Səsvermənin rəsmi yekunlarına əsasən, ingilis futbolçu 1 055 xal, fransız hücumçu isə 1 027 xal toplayıb. Üçüncü yeri 881 xalla "Barselona"nın yarımmüdafiəçisi Lamin Yamal tutub.
İlk beşliyə həmçinin Rodri (726) və Lionel Messi (612) daxil olublar. Altıncı pillədə Xviça Kvaratsxeliya (541), yeddinci pillədə Usman Dembele (418), səkkizinci pillədə Erlinq Holand (378), doqquzuncu pillədə Maykl Olise (296) və onuncu pillədə Fabian Ruis (201) qərarlaşıblar.
Ermənistanın insan hüquqları üzrə müvəkkili Anait Manasyan dövlət qurumlarının nümayəndələrini, siyasətçiləri, ictimai xadimləri, kütləvi informasiya vasitələrini və ictimai müzakirələrin digər iştirakçılarını milli və ya etnik mənsubiyyətdən təhqir və insan ləyaqətini alçaltmaq vasitəsi kimi istifadə etməməyə çağırıb.
Axar.az xəbər verir ki, bu barədə Ombudsmanın mətbuat xidmətinin bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub ki, türk, rus, kürd, yezidi, köçəri və milli və ya etnik mənsubiyyəti ifadə edən digər sözlərin təhqir və ya insan ləyaqətini alçaltmaq məqsədilə işlədilməsi yolverilməzdir.
Ombudsmanın fikrincə, insanın milli və ya etnik mənsubiyyəti mənfi xüsusiyyət kimi təqdim edilə və kimisə gözdən salmaq üçün istifadə oluna bilməz.
Bildirilib ki, bu cür ritorika müvafiq milli və ya etnik qrupa zərər vurur, mənfi stereotipləri və qərəzli münasibətləri gücləndirir. Anait Manasyan vurğulayıb ki, siyasi mübahisələr, fikir ayrılıqları və ya kiməsə qarşı tənqid milli mənsubiyyət zəminində təhqiramiz, ayrı-seçkilik yaradan və nifrəti qızışdıran ifadələrə haqq qazandıra bilməz.
Ombudsman ictimai müzakirələrin bütün iştirakçılarını bu cür ifadələrdən çəkinməklə yanaşı, onların yayılmasına qarşı fəal mübarizə aparmağa çağırıb.
Qeyd edək ki, daha öncə Şirak vilayətinin qubernatoru sosial şəbəkələrdə Güclü Ermənistan Partiyasının nümayəndələrinin Gümrünü şəhər günü münasibətilə təbrik etməsinə cavab olaraq, “Gümrü sizin “Aşağı Tabornuz” deyil, gümrülülər isə sizin “ivanlarınız” deyil” ifadəsini işlədib.
Son bir həftə ərzində 10-dan çox Amerika hərbi nəqliyyat təyyarəsi İsrailin cənubundakı hava bazalarına eniş edib.
Teleqraf xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb .
"Son yük uçuşlarının əksəriyyətini həyata keçirən təyyarələr Texas ştatının El Paso şəhərindəki Biggs Hərbi Hava Qüvvələri bazasından yola düşüb.Təyyarələr ölkənin cənubundakı Nevatim və Ovdadakı İsrail Hərbi Hava Qüvvələrinin bazalarına gedib", - məlumatda qeyd olunur.
Son günlərdə Amerika hərbi yüklərinin Yaxın Şərqdəki digər ölkələrə, o cümlədən İordaniya, Səudiyyə Ərəbistanı, Qətər və Küveytdəki ABŞ bazalarına çatdırılması üçün bir sıra digər uçuşlar da həyata keçirilib.
Nəqliyyat təyyarələrinin hansı yük daşıdığı məlum deyil, lakin bunun ABŞ-ın İranla mümkün yeni hərbi əməliyyatlar ərəfəsində bölgədəki hava hücumundan müdafiəni gücləndirmək səyləri ilə əlaqəli olduğu düşünülür.
Yəmənin "Ənsar Allah" hərəkatının husiləri ölkənin müvəqqəti paytaxtı Ədən şəhərindəki beynəlxalq hava limanına və Əl-Maaşiq prezident sarayına ballistik raketlərlə hücum edib.
"Report" xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi, polkovnik Macid ən-Nuzeyli "X" sosial şəbəkəsində məlumat yayıb.
"Husi terrorçu qruplaşması Ədən hava limanına və Əl-Maaşiq sarayına ballistik raketlərlə hücum edir", – o bildirib.
Onun sözlərinə görə, hava limanlarına zərbələr endirilməsi blokadanın aradan qaldırılması ilə bağlı bəyanatlarla onun yəmənlilərə qarşı faktiki tətbiqi arasında ziddiyyəti üzə çıxarır.
Ordu nümayəndəsi, həmçinin üsyançılara qarşı həyata keçirilən "Yəmənin Şəfəqi" hərbi əməliyyatı çərçivəsində hökumət qüvvələrinin 1 087 uğurlu əməliyyat keçirdiyini bildirib.
Qeyd olunub ki, əməliyyatlar zamanı husilərin ön komanda məntəqələrinə, qüvvələrinin cəmləşdiyi ərazilərə və ehtiyat bölmələrinə döyüş təyyarələri, pilotsuz uçuş aparatları və artilleriya vasitəsilə zərbələr endirilib.
“İranın Məkkə Sazişinə qoşulmasına heç bir maneə yoxdur. Qərar koalisiyanın üç əsas tərəfdaşının ixtiyarındadır”.
APA xəbər verir ki, bunu Pakistan ordusunun mətbuat katibi general-leytenant Əhməd Şərif Çaudri deyib.
O həmçinin ABŞ və İran arasında vasitəçilik səyləri ilə bağlı ehtiyatlı nikbinlik ifadə edib.
Qeyd edək ki, avqust ayının 7-də Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Məkkə Sazişi imzalanıb. Sazişə əsasən, alyansın hər hansı bir üzvünə edilən hücum sazişin bütün tərəflərinə edilən hücum kimi qiymətləndiriləcək.
ABŞ hakimiyyəti Ukraynaya "Patriot PAC-3" zenit-raket kompleksi üçün 500 ədəd PAC-3 raketinin və müvafiq avadanlıqların 2,1 milyard dollara satışını təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti və Pentaqonun xarici ölkələrə hərbi texnika satışına cavabdeh olan müvafiq qurumu məlumat yayıb.
Bəyanatda vurğulanıb ki, satınalma tamamilə ABŞ-ın tərəfdaşları və müttəfiqləri tərəfindən maliyyələşdiriləcək. Tədarükə PAC-3 raketləri üçün məxfi və məxfi olmayan ehtiyat hissələri, eləcə də digər maddi-texniki təminat və proqram təminatı elementləri daxil olacaq.
Vaşinqtonun qiymətləndirməsinə görə, bu saziş Avropada siyasi və iqtisadi sabitlik amili olan tərəfdaş ölkənin təhlükəsizliyini gücləndirməklə ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə xidmət edəcək.
ABŞ hakimiyyətinin məlumatına görə, Ukrayna raketlərin dəyərini Kanada, Almaniya və Norveçin ayırdığı vəsaitlər, həmçinin Avropa İttifaqının krediti hesabına ödəyəcək. Sənəddə xüsusi olaraq qeyd olunub ki, sövdələşmədə ABŞ-ın maliyyə vəsaitlərindən istifadə edilməyəcək.
Bildirilib ki, bu satış Ukraynanın inteqrasiya olunmuş hava hücumundan və raket hücumlarından müdafiə imkanlarını gücləndirərək mövcud və gələcək təhdidlərə qarşı müqavimət qabiliyyətini artıracaq.
Raketlərin tədarükünü Pentaqonun əsas podratçılarından biri olan "Lockheed Martin" şirkəti həyata keçirəcək.
Bəyanatda həmçinin qeyd olunub ki, sazişin icrası üçün Ukraynaya ABŞ hökumətinin və ya podratçı şirkətin əlavə nümayəndələrinin göndərilməsinə ehtiyac olmayacaq. Sövdələşmə ABŞ Silahlı Qüvvələrinin döyüş hazırlığına da mənfi təsir göstərməyəcək.
ABŞ administrasiyası artıq qəbul edilmiş qərar barədə Konqresi məlumatlandırıb. Qanunverici orqanın sazişi nəzərdən keçirmək və mümkün bloklamaq üçün 30 günü var.
"Comex" birjasında dekabr ayında tədarük ediləcək qızıl füçerslərinin qiyməti bir trua unsiyası üçün 3 900 dollardan aşağı düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə birjanın ticarət məlumatlarında qeyd olunub.
Bakı vaxtı ilə saat 21:08-də qızılın qiyməti 3.27% azalaraq bir trua unsiyası üçün 3 899.60 dollar təşkil edib.
Saat 21:13-də isə qızıl füçerslərinin qiymətində eniş sürətlənib. Göstərici 3.3% azalaraq 3 898.4 dollara düşüb.
Bu, 2025-cı il noyabrın 3-dən bəri qeydə alınan ən aşağı qiymətdir.
Fələstin Prezidenti Mahmud Abbasın yunan Kiprinə səfəri türk Kiprində etirazla, Azərbaycanda maraqla qarşılanıb. Abbasın Nikosiya ziyarəti təsadüfi deyil: Fələstin administrasiyası yunanların İsraillə yaxın münasibətlərindən bölgədə sabitliyin əldə edilməsi üçün istifadə etmək istəyir, həmçinin Kipri Avropaya açılan qapı kimi görür.
Mahmud Abbasın addımı Şimali Kiprdə etirazlara səbəb olsa da, Fələstin maraqları kontekstində siyasi manevr kimi qiymətləndirilə bilər.
Lakin bu səfərin Türkiyəyə qarşı olduğu da aydın görünür.
1. Mahmud Abbas yunan Kiprinə məhz Türkiyənin Cümhuriyyət günündə səfər edib;
2. İsraillə barışıq üçün yunanlardan dəstək istəyib ki, bu, Türkiyənin Fələstin siyasətini, yaxud bu ölkəyə görə göstərdiyi səyləri heçə saymaqdır;
3. Yunanıstan, Cənubi Kipr və İsrail Aralıq dənizində Türkiyənin maraqlarının əleyhinə olan blok qururlar: Fələstin prezidenti də faktiki olaraq, bu bloka yaxınlaşmaq xəttini izləyir.
Fələstin administrasiyasının HƏMAS-dan fərqli olaraq, İsrailə loyal münasibəti sirr deyil. Bu mövqeyi regional sülh və dövlət maraqları arqumenti ilə müdafiə edirlər. Bu reallıq fonunda illərdir Fələstin məsələsi və İsraillə münasibətlərə görə Azərbaycanı hədəfə alan Türkiyədə Abbasın Nikosiya ziyarətinə səssiz yanaşma ironik görünür.
Berlindəki Rusiya səfirliyinin konsulluq şöbəsi Almaniyada yaşayan rusları 31 oktyabrda Almaniya şəhərlərində keçirilməsi planlaşdırılan gənclərin etirazları ilə əlaqədar ayıq-sayıq olmağa çağırıb.
Teleqraf xəbər verir ki, səfirliyin konsulluq şöbəsinin Telegram kanalında dərc olunmuş açıqlamada qeyd olunur: "Almaniya hüquq-mühafizə orqanlarının rəsmi məlumatlarına görə, şənbə günü Almaniyanın bir neçə şəhərində nümayişlər və etirazlar planlaşdırılır. Xüsusilə Berlin, Hamburq, Köln, Frankfurt-Mayn, Ştutqart, Leypsiq, Bielefeld, Nürnberq, Münster və Essendə tədbirlər elan edilib. Almaniya hüquq-mühafizə orqanları ictimai iğtişaşların baş vermə ehtimalını mümkün sayır. Bununla əlaqədar olaraq, rusiyalılara ictimai yerlərdə, xüsusən də kütləvi tədbirlərin keçirildiyi yerlərdə daha çox sayıqlıq göstərmələri və sakit qalmaları, alman polisinin tələblərinə, təlimatlarına, eləcə də müəyyən edilmiş təhlükəsizlik tədbirlərinə əməl etmələri, səyahət marşrutlarını əvvəlcədən yoxlamaları, münaqişə vəziyyətlərindən qaçınmaları tövsiyə olunur".
Ukrayna Rusiyanın daha dərin ərazilərində uzaqmənzilli zərbələr endirmək üçün əsas istiqamətləri müəyyənləşdirib.
APA xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat verib.
Onun sözlərinə görə, Ukraynanın zərbə imkanları artıq Rusiyanın Yamal bölgəsindən Qərbi Sibirədək uzanan ərazilərindəki obyektləri əhatə edir. Kiyev dron və raketlərlə Rusiyanın daha uzaq bölgələrinə zərbələr endirmək imkanlarını genişləndirməyi planlaşdırır.
Zelenski bildirib ki, uzaqmənzilli zərbə imkanlarının artırılması Ukraynanın müharibə dövründə müstəqilliyinin qorunması və gələcək təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri bundan əvvəl Rusiyanın Samara vilayətindəki Novokuybışevsk neft emalı zavoduna FP-1 dronları ilə zərbə endirib. Zavodun illik neft emalı gücü 8,8 milyon ton təşkil edir.
"İranla müharibəni mən başlatmadım, onlar bizimlə 1979-cu ildə müharibəyə başladılar".
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
"Onların liderləri o qədər səriştəsizdirlər ki, kiminlə danışıqlar aparacağımızı bilmirik, amma bunlar sadəcə kiçik detallardır. Əgər İranın nüvə silahı olsaydı, mən onlara "cənab" deyə müraciət edərdim. Amma mən onlara "cənab" deyə müraciət etməyəcəyəm. Onların heç vaxt nüvə silahı hazırlamayacağına dair zəmanətə ehtiyacımız var", - deyə Tramp bildirib.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Kanadanın Avropa İttifaqına assosiativ üzvlüyü üçün xüsusi bir format yaratmağı təklif etdi ki, bu da ikitərəfli münasibətlərin tam üzvlüyə mümkün qədər yaxın bir səviyyəyə çatmasına imkan verəcək, lakin Aİ-yə qoşulmadan.
"Report"un Avropa bürosu xəbər verir ki, o, bu barədə Monrealda keçirilən Aİ-Kanada sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
"Biz münasibətlərimizi mümkün olan ən yüksək səviyyəyə çatdırmaq istəyirik", – fon der Lyayen deyib.
Onun sözlərinə görə, təklif ittifaqa qoşulmadan assosiativ münasibətlərin qurulmasını nəzərdə tutur. Çünki Aİ-nin mövcud müqavilələri Avropaya aid olmayan dövlətlərin ittifaqa üzv olmasına imkan vermir.
"Üzvlük anlayışını ümumi ambisiya və baxışla əvəz edə bilərik. İndiyədək qurduğumuz bütün tərəfdaşlıqlardan daha çox üzvlüyə yaxın olan sıx əməkdaşlıq yarada bilərik", – Avropa Komissiyasının rəhbəri vurğulayıb.
O, belə əməkdaşlığın üç əsas məqsədini açıqlayıb: hər iki tərəfin vətəndaşları üçün imkanların genişləndirilməsi, Atlantik okeanının hər iki sahilində rifahın artırılması və ümumi təhlükəsizliyin möhkəmləndirilməsi.
Gözlənilir ki, tərəfdaşlıq üç istiqamət üzrə qurulacaq: siyasi dialoq, Aİ proqramlarında iştirak və əməkdaşlığın idarə olunması mexanizmləri.
Fon der Lyayen vurğulayıb ki, mövcud geosiyasi şərait Aİ və Kanadadan daha sıx koordinasiya tələb edir. O qeyd edib ki, bu gün ölkənin coğrafi mövqeyindən daha çox birgə fəaliyyətə və ümumi dəyərləri bölüşməyə hazır olması əhəmiyyət daşıyır.
Qeyd edək ki, fon der Lyayenin təklifi bundan əvvəl Aİ daxilində fikir ayrılığına səbəb olub. Almaniya, Fransa, İtaliya və Yunanıstan sammitin birgə bəyannaməsinə assosiativ üzvlük anlayışının daxil edilməsinə qarşı çıxıblar. Nəticədə bu ifadə yekun sənəddən çıxarılıb və Aİ ilə Kanada arasında "getdikcə daha sıx assosiasiyanın" inkişaf etdirilməsi öhdəliyi ilə əvəzlənib.
Rusiya və ABŞ Əbu-Dabidə növbəti danışıqların tarixi ilə bağlı razılaşma prosesinə başlayıblar.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Pavel Zarubinə bildirib.
Uşakov qeyd edib ki, Rusiya, Ukrayna və ABŞ arasında Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqların tarixləri barədə razılığa gəlmək üçün amerikalılarla işə başlanılıb: "Bu danışıqlar noyabr ayında keçiriləcək. Hazırda tarix barədə razılığa gəlirik".
Bu gün saat 19:00 radələrində Dərnəgül dayanacağında elektrik xəttində gərginlik olmadığı üçün iki qatarın hərəkətində gecikmə qeydə alınıb.
Teleqraf xəbər verir ki, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə dərhal operativ tədbirlər görülüb.
Bakı-Xırdalan xətti ilə qatarların normal hərəkəti bərpa edilib.
İsveç Avropa Komissiyasına göndərdiyi məktubda beynəlxalq idman yarışlarında iştirak edən Rusiya vətəndaşları üçün viza qaydalarına yenidən baxmağa çağırıb.
APA xəbər verir ki, bu barədə İsveç hökuməti məlumat yayıb.
Məktubda məqsədin Rusiya və Belarus idmançılarına Aİ çərçivəsində vizaların daha vahid və sərt qaydada tətbiqini təmin etmək olduğu bildirilib.
İsveç hesab edir ki, Ukraynada münaqişə başa çatana qədər bu iki ölkənin idmançılarının beynəlxalq turnirlərdə iştirakı mümkün olmamalıdır.
Rəsmi açıqlamada qeyd olunub ki, İsveç Avropa Komissiyasını üzv dövlətlərə müraciət edən şəxsin vətəndaşlığına əsasən viza verməkdən imtina etmək imkanı yaradacaq ümumi qanunvericiliyə təcili yenidən baxmağa çağırır.
Yeni qanun qəbul edilənədək mövcud qaydalar çərçivəsində viza müraciətlərinin daha sərt qiymətləndirilməsi üçün Aİ üzrə vahid təlimatların hazırlanması təklif olunur.
“Qarabağa qayıdış proseduru ictimaiyyətə aydın olmalıdır”
“Qayıdış prosesinin qaydalarını bilmədən kiməsə qiymət vermək çətindir”
Milli Məclisdə Ağdama köçürülmə və keçmiş məcburi köçkünlərin mənzillə təmin olunması məsələsi müzakirələrə səbəb olub. Deputat Aqil Abbasın Ağdamda ona və ailə üzvlərinə ev verilməməsi ilə bağlı şikayəti spiker Sahibə Qafarovanın etirazı ilə qarşılanıb.
Mövzu ilə bağlı Sherg.az-a münasibət bildirən Müstəqil Jurnalistlərə Hüquqi və Texniki Yardım İctimai Birliyinin sədri, əslən Qarabağdan olan Asəf Quliyev məsələyə aydınlıq gətirməyin vacibliyini vurğulayıb:
"Düzünü deyim ki, millət vəkili Aqil Abbasın bu məsələni qaldırmaqda haqlı olub-olmadığını söyləmək mənim üçün çətindir.
Çünki Qarabağa qayıdış prosesinə qiymət vermək üçün ilk növbədə dövlətin müəyyən etdiyi proseduru bilmək lazımdır. Açığı, bu prosedur barədə heç bir məlumatım yoxdur. Ona görə də Aqil Abbasın dediklərinə hər hansı bir qiymət verə bilmirəm.
Amma bir məqam var: əgər Aqil Abbas bu məsələni parlament səviyyəsində qaldırıbsa, deməli, mövcud prosedur onun özü üçün də tam aydın deyil. Əgər bu proseslə bağlı qəbul edilmiş və təsdiqlənmiş, ictimaiyyətə məlum olan konkret bir prosedur yoxdursa, nəsə demək çətindir".
Müsahibimiz özünün də Ağdama köçmək üçün müraciət etdiyini deyib:
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə iki dəfə müraciət ünvanlamışam. Təəssüf ki, indiyədək heç bir cavab almamışam.
Amma bunu heç vaxt ictimailəşdirməmişəm. Ümid edirəm ki, mənim də Ağdama köçmək və orada yaşamaq imkanım olacaq. Hələlik isə gözləyirəm".
İyirmilik Qrupu (G20) iqtisadi və geosiyasi böhranları aradan qaldırmaq üçün birlikdə çalışmalıdır.
Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Atlantada (G20) keçirilən G20 Xarici İşlər Nazirlərinin görüşünü açarkən deyib.
Rubio bildirib ki, dünya ölkələri bir sıra qarşılıqlı iqtisadi və geosiyasi böhranlarla üzləşir: "Bunların çoxu ciddi təhdidlər yaradır. Qlobal iqtisadi nizamın təməllərinə ciddi təhdidlər. Onlar həmçinin qlobal enerji və ərzaq təchizatına, qlobal ərzaq bazarlarına, qlobal təchizat zəncirlərinə, ticarətə və hətta naviqasiya azadlığına yeni pozuntular və gərginliklər yaradır".
Rubio vurğulayıb ki, G20 bu təhdidləri aradan qaldırmaq, iqtisadi dayanıqlığı gücləndirmək üçün birlikdə çalışmalıdır: "Prezident Donald Trampın G20-yə sədrliyi dövründə həll etdiyimiz çətinliklər çoxşaxəlidir və bir-biri ilə əlaqəlidir. Həll yolları da eyni olmalıdır".
Misli Premyer Liqasının X turunda "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub.
"Report"un məlumatına görə, Tovuz şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Enrike Silva (28), Joralem Santos (30, 37) rəqib qapısından keçiriblər. Bakı təmsilçisinin heyətində Coy Lens Mikels (70) və Ksander Severina (87) fərqləniblər.
Ehtiyatda daha bir oyunu olan "Sabah" bu qələbədən sonra 20 xalla birinci pillədə qərarlaşıb. Qərb təmsilçisi isə 10 matçdan sonra 18 xalla dördüncüdür.
Qeyd edək ki, X tura noyabrın 2-də yekun vurulacaq.
Böyük İyirmilik (G20) ölkələrinin xarici işlər nazirləri, Rusiya nümayəndəsi ilə birgə fotoşəkil çəkdirməyə qarşı çıxan Avropa diplomatlarının etirazlarından sonra Atlantadakı görüşə ənənəvi birgə fotoşəkil çəkdirmədən başlayıblar.
"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Birgə fotoşəkil ABŞ Dövlət Departamentinin dərc etdiyi görüş proqramında nəzərdə tutulmayıb. Nazirlər, o cümlədən Rusiyanın xarici işlər naziri Sergey Lavrov dərhal ilk iclasa başlayıblar.
"Heç bir halda Avropa tərəfdaşlarının və cənab Lavrovun birgə fotoşəkli olmayacaq, çünki... Rusiya ilə normal münasibətlərdən söhbət gedə bilməz", - Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib.
Daha əvvəl Avropa rəsmiləri iki ayrı fotosessiyanın keçirilməsini nəzərdən keçirirdilər: Lavrovun iştirakı ilə və onsuz.
Avropa Komissiyası 2027-ci il üçün Ukraynaya 45 milyard avro məbləğində maliyyə ayrılmasını təsdiqləyib.
APA xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.
Bildirilib ki, Avropa Komissiyası Aİ Şurasının Ukraynaya veriləcək kreditin 2027-ci il üçün nəzərdə tutulan 45 milyard avroluq qalan hissəsinin təsdiqlənməsi təklifini qəbul edib.
Qeyd edək ki, Kiyev 2027-ci il üçün Avropa İttifaqından 70 milyard avro tələb edirdi. Avropa Komissiyasının açıqlamasına görə, ayrılacaq vəsaitin 13,3 milyard avrosu Aİ büdcəsindən maliyyələşməyə, 31,7 milyard avrosu isə silah alışına yönəldiləcək.
Komissiya əlavə maliyyə mənbələrinin axtarışı üzərində də işləyəcəyini bildirsə də, bunun hansı mənbələr hesabına təmin olunacağını açıqlamayıb.
Avropa Komissiyası vəsaiti kredit adlandırsa da, məbləğ faktiki olaraq Ukraynaya əvəzsiz təqdim ediləcək. Kredit üzrə faizlər isə Avropa İttifaqının büdcəsi hesabına ödəniləcək.
Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Günəşli yaşayış massivindəki fərdi təsərrüfatlardan birində baş verib.
1984-cü il təvəllüdlü şəhər sakini ürək nahiyəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Lakin göstərilən tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin başvermə şəraiti araşdırılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib.
Sherg.az xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandaları üz-üzə gəliblər. Rəqibini 3:0 hesabı ilə məğlub edən İspaniya millisi FIFA U-15 ilk dünya çempionatı və festivalının qalibi olub.
Dövlətimizin başçısı qaliblərin mükafatlandırılması mərasimində iştirak edib.
“Bakı bu fürsətləri öz inkişafı üçün dəyərləndirməlidir”
Azərbaycan və Rusiya arasında əməkdaşlıq münasibətlərin gələcək inkişafı ilə bağlı verilən açıqlamalar iki ölkənin iqtisadi tərəfdaşlığının perspektivlərini bir daha ön plana çıxarıb. Rusiya Prezidenti Vladimir Putin oktyabrın 27-də Qaz İxrac edən Ölkələr Forumunun VIII sammitində çıxışı zamanı Azərbaycanın Moskva üçün etibarlı tərəfdaş olduğunu vurğulayıb və enerji, xüsusilə də qaz sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarına toxunub.
Putinin sözlərinə görə, Rusiya Türkiyəyə ildə təxminən 30 milyard kubmetr qaz tədarük edir. Bununla belə, Moskva Azərbaycanı Türkiyə qaz bazarında rəqib hesab etmir və iki ölkə arasında əməkdaşlığın inkişafında maraqlıdır. Bu açıqlama Azərbaycan-Rusiya enerji münasibətlərinin gələcək istiqamətləri və tərəflərin əməkdaşlıq imkanları ilə bağlı müzakirələri aktuallaşdırıb.
Mövzu ilə bağlı politoloq Fuad Abbasov Sherg.az-a açıqlamasında bildirib ki, Putin Azərbaycanın Rusiya üçün əhəmiyyətli iqtisadi tərəfdaş olaraq qalmasını təsdiqləyir:
“Rusiya Azərbaycanın şimal qonşusudur və tariximiz boyunca bizim iqtisadi əlaqələrimiz çox sıx olub. Əlbəttə ki, Azərbaycan xidmətlərinin Rusiya bazarındakı yeri çox cüzidir. Amma Moskva Azərbaycan üçün çox böyük bir bazardır. Kənd təsərrüfatı məhsulları üçün, təbii sərvətlərdən əldə edilmiş məhsulların ixracatı üçün Rusiya böyük bir bazardır. Siyasi məsələlərin yaranmış olan iqtisadi əlaqələrin gərginləşməsinə gətirib çıxara biləcəyi kimi risk var. Ələxsus da Ukrayna müharibəsinin davam etdiyi bir dönəmdə Azərbaycanın Ukraynanın torpaq bütövlüyünün suverenliyini tərəfdarı olması Rusiyanı müəyyən bir şəkildə Azərbaycandan uzaqlaşdırma riski var idi. Amma Putinin ən son açıqlaması onu göstərir ki, dövlət başcısı Azərbaycanı iqtisadi tərəfdaş kimi görməyə davam eləyir. Əlbəttə ki, Moskva üçün bu çox vacibdir, çünki qeyri-rəsmi olsa da hər kəs çox yaxşı bilir ki, bütün dünyada sanksiya ilə üzləşən Rusiya, Azərbaycanın mövcud boru xətləri vasitəsilə öz təbii zənginliklərini dünya bazarına çatdırmağa və beləcə də gəlir səviyyəsini müəyyən bir səviyyədə saxlamağa mail olmuşdur. Bu da ki, Azərbaycan üçün də müəyyən gəlir mənbəyidir. Baxmayaraq ki, siyasi cəhətdən Azərbaycan və Rusiyanın Ukraynanın torpaq bütövlüyünə baxışı fərqlidir. Amma iqtisadi cəhətdən əməkdaşlıq davam eləyir. Əlbəttə ki, Putinin bu açıqlaması birinci növbədə Azərbaycan üçün maraqlıdır. Bizim Moskva iqtisadiyyatında iştirakımız istər ixracat, istər idxalat olaraq çox cüzi bir miqdardır və bunu nəzərə alaraq Azərbaycan da Rusiyanın mövcud sanksiyalar dönəmindəki potensialını yüksək qiymətləndirməlidir. Rusiyadan gələ biləcək müəyyən təklifləri çox ciddi şəkildə gözdən keçirib, onları Azərbaycanın iqtisadi inkişafında bacarıqla istifadə etmək lazımdır”.
Müsahibimizin fikrinə görə, Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığı Türkiyə və Avropa İttifaqının da maraqlarına təsir edir:
“Amma digər tərəfdən Türkiyə məsələsi var. Türkiyə Azərbaycanla Rusiyanın yaxınlaşmasına iqtisadi cəhətdən əməkdaşlığı necə baxar? Çünki bildiyimiz ənənəvi Bakı-Novorossiysk boru xətti var. Ondan başqa ayrıca olaraq Türkiyə üzərindən keçən Bakı-Tbilisi-Ceyhan boru xətti var və bütün bunlar hamısı Azərbaycanın ixrac potensialının ən başlıca ünsürləridir. Rusiyanın Azərbaycan üzərindən bu və yaxud digər məhsullarını ixrac eləməsi Türkiyənin də bir yandan maraqlarına toxunmuş ola bilər. Amma iqtisadi əməkdaşlıq elə bir məsələdir ki, ümumiyyətlə bütün siyasi narazılıqları ortadan qaldıracaq gücə sahibdir. Avropa Birliyinin qaza olan ehtiyacını, ümumiyyətlə enerji daşıyıcılarına olan ehtiyacını təmin eləmək üçün Rusiyadan birbaşa deyil, Azərbaycan üzərindən tranzit olaraq məhsulları alması Avropa Birliyinə də müəyyən bir mənada uyğun strategiyadır. Avropa Birliyi də buna, açıq şəkildə qarşı çıxmır, çünki qış aylarında Avropanın enerji daşıyıcılarına olan ehtiyacını Rusiya birbaşa ixracatla verə bilmədiyi üçün Azərbaycan üzərindən bunu həyata keçirə bilir və bu da ölkədə olan enerji daşıyıcıları qiymətlərinin stabil, sabit saxlanılmasına, bahalanmamasına, əhalinin narazılığına səbəb olmamasına gətirib çıxarır. Bu səbəbdən Azərbaycan- Rusiya əməkdaşlığı iqtisadi cəhətdən həm Bakıya, həm Moskvaya, həm Brüsselə maraqlı bir əməkdaşlıqdır və bu əməkdaşlığın da inkişaf etdirilməməsi üçün heç bir səbəb yoxdur. Hər şey əlbəttə ki, Rusiya- Ukrayna müharibəsinin nəticəsinə bağlıdır. Çünki Rusiya necə ki, Ukraynanı öz qərb sərhədi kimi qiymətləndirirsə, Azərbaycanı da o şəkildə öz cənub sərhədi kimi qiymətləndirir .Fikrimcə, istər xarici İşlər Nazirliyimiz, istər İqtisadiyyat Nazirliyimiz bütün bu riskləri, nəzərə alaraq Azərbaycanın gələcəkdə qarşılaşa biləcəyi riskləri də azaltmış olacaq”.
Türkiyənin “Beşiktaş” klubu ilə İsrailin “Hapoel Beer-Sheva” komandası arasında UEFA Avropa Liqasının oyununun keçiriləcəyi məkan müəyyənləşib.
Sherg.az xəbər verir ki, qarşılaşma Gürcüstanın Batumi şəhərində azarkeşlərin iştirakı ilə keçiriləcək.
“Beşiktaş”ın səlahiyyətli qurumlarla apardığı danışıqlardan sonra oyunun Batumidə təşkili dəqiqləşib.
Qeyd edək ki, “Beşiktaş” – “Hapoel Beer-Sheva” matçı noyabrın 26-da, cümə axşamı günü baş tutacaq.
Bu gün Bakıda keçirilən FIFA U-15 dünya çempionatının və festivalının qalibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, A Divizionunun həlledici oyununda İspaniya və Çexiya komandaları üz-üzə gəlib.
Qarşılaşma Bakı Kristal Zalında saat 18:00-da start götürüb.
Görüş ispanların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Erməni xalqının məhv olması belə, onlar üçün əhəmiyyət daşımır”
Ermənistanın Baş naziri Nikol Paşinyanın Konstitusiyaya dəyişiklik etmək planı ölkənin daxili siyasi gündəmində müzakirələrə səbəb olub. Azərbaycanın sülh prosesində irəli sürdüyü tələblərdən biri olan Konstitusiya dəyişikliyi ətrafında hakimiyyətlə müxalifət arasında fikir ayrılıqları da diqqət çəkir. Paşinyanın bu istiqamətdə hansı addımları atacağı və siyasi maneələri necə aşacağı isə suallar doğurur.
Bu barədə "Hraparak" nəşri də məlumat yayıb. Nəşrin yazdığına görə Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın tələbi ilə konstitusiya dəyişikliyinə hazırlaşır. Qeyd plunur ki, dəyişikliyə dair qanun layihəsi Milli Məclisdən keçməsə və ya parlament müxalifətinin maneəsi ilə üzləşsə, hökumət alternativ variantlara əl atacaq.
Politoloq Elşad Həsənov Sherg.az-a Ermənistanın siyasi gələcəyi, Konstitusiyasının taleyi və Azərbaycanla münasibətləri baxımından prosesin əhəmiyyətini şərh edib:
"Ermənistan Konstitusiyasının dəyişilməsi ilə bağlı ötən ildən etibarən Ədliyyə Nazirliyi müvafiq işlər görür. Nazirlik Konstitusiyanın yeni layihəsini hazırlayıb. Son günlərdə Ədliyyə Nazirliyi bildirib ki, noyabrın ortalarında Konstitusiyanın müddəaları müzakirəyə çıxarılacaq. Paşinyan da çıxışında əvvəlki Konstitusiyada yer alan bəzi müddəaların Ermənistan dövlətinin maraqlarına zidd olduğunu bildirib. Doğrudan da, dünyanın heç bir ölkəsinin Konstitusiyasının preambulasında başqa dövlətlərin ərazilərinə qarşı torpaq iddiası yer almır. Ermənistan Konstitusiyasının preambulasında isə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları var. Belə bir Konstitusiyanın mövcudluğu, əslində, Ermənistan dövlətinin özünə zərər vurur və onun gələcəyini sual altına qoyur. Buna görə də indiki hakimiyyət, yəni Paşinyan və komandası real Ermənistan qurmağa, bu dövləti inkişaf etdirməyə çalışır.
Onlar dəfələrlə bildiriblər ki, mifik Ermənistan iddialarından əl çəkmək, real Ermənistanın inkişafına diqqət yetirmək lazımdır. Bunun üçün də Azərbaycanın tapşırığı ilə deyil, haqlı tələbi əsasında Konstitusiyada dəyişiklik edilməlidir".
Analitik bildirib ki, əgər Ermənistan sülh müqaviləsi imzalamaq istəyirsə, Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir:
"Bir müddət əvvəl siyasi liderlər də bu məsələni gündəmə gətirdilər. Bildirildi ki, Qarabağ Azərbaycandır və Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Qarşılıqlı olaraq Ermənistan da Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir. Lakin bu müddəalar hələ də Konstitusiyada qalır.
Bu, şovinist erməni millətçilərinin qəbul etdiyi Konstitusiyadır. Məhz həmin yanaşmanın nəticəsində torpaqlarımız uzun illər işğal altında saxlanılıb. Nəhayət, Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etdikdən sonra ermənilərə göstərdi ki, hər kəs öz torpağının sahibi olmalıdır. Hətta daha dərindən araşdırsaq, tarixi Azərbaycan torpaqlarını da geri qaytarmaq imkanımız ola bilərdi. Ancaq biz tarixi xəritələrə deyil, beynəlxalq səviyyədə tanınmış sərhədlərimizə əsaslanaraq torpaqlarımızı geri qaytardıq və ərazi bütövlüyümüzü təmin etdik.
Ona görə də bu gün nə biz Ermənistandan torpaq tələb etməliyik, nə də onlar bizdən torpaq istəməlidirlər. Bunun üçün Ermənistan Konstitusiyasında dəyişikliklər edilməlidir".
Politoloq Donald Trampın da bu məsələni gündəmə gətirdiyini xatırladıb:
"Paşinyan bildirib ki, Konstitusiyada dəyişiklik mütləq həyata keçirilməlidir. Bəli, Paşinyan müxalifətin təzyiqləri ilə üzləşir, lakin bu dəyişiklikləri o, həyata keçirəcək. Çünki onlar doğrudan da Ermənistanı düşünürlərsə, Konstitusiyaya düzəliş etməlidirlər.
Bugünkü Ermənistan müxalifəti kimlərdən ibarətdir? Bunlar uzun illər hakimiyyətdə olmuş, hakimiyyəti ələ keçirdikdən sonra erməni xalqının sərvətlərini talamış, Ermənistan-Azərbaycan münaqişəsindən öz gəlirlərini artırmaq üçün istifadə etmiş Robert Köçəryan və Serj Sarkisyan kimi keçmiş dövlət rəhbərlərinin tərəfdarlarıdır.
Bu gün onlar yenidən Ermənistan-Azərbaycan münaqişəsini qızışdırmaq, müharibəyə zəmin yaratmaq istəyirlər. Çünki həmin qarışıq dövrlərdə onlar varlanıblar. Məhz bu səbəbdən də bu gün Ermənistan rəhbərliyi onların qarşısını almağa çalışır.
Köçəryan həbsdədir, Sarkisyan isə istintaq altındadır. Onların ətrafında olan şəxslərin də müxtəlif cinayət əməllərində iştirak etdikləri iddia olunur. Onlar bilirlər ki, gec-tez öz əməllərinə görə cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
Ona görə də çalışırlar ki, Paşinyanın hakimiyyəti devrilsin, özləri yenidən hakimiyyətə gəlsinlər, müharibə başlasın və onlar yenidən varlansınlar. Erməni xalqının məhv olması belə, onlar üçün əhəmiyyət daşımır".
Müsahibimiz qeyd edib ki, Paşinyanın komandası məhz Cənubi Qafqazda sülhün bərqərar olmasını istəyir:
"Paşinyan bu istiqamətdə müvafiq addımlar atır. Ötən il Vaşinqtonda tərəflər arasında sülh sazişinin mətni paraflandı. Ancaq Ermənistan Konstitusiyasında dəyişikliklər hələ ötən ildən həyata keçirilməli, müvafiq islahatlar aparılmalı idi. Bununla belə, bu addımlar atılmalıdır. Parlament seçkilərində müxalifətin müəyyən qədər səs toplaması da diqqətəlayiq məqamdır.
TRIPP marşrutu ilə bağlı parlamentdə müzakirələrdən və prosesin irəliləməsindən sonra Konstitusiyaya dəyişikliklərin edilməsi üçün referendumun keçirilməsinin vacibliyi də daha aydın görünür. Düşünürəm ki, bu məsələ parlamentdə dəstəklənəcək. Əks təqdirdə, Paşinyan parlamenti buraxaraq növbədənkənar seçkilərə gedə bilər. Bu isə onun və komandasının daha çox səs toplaması ilə nəticələnər. Çünki son yerli seçkilərdə də Paşinyanın partiyası daha çox səs toplayıb.
Bu, onu göstərir ki, əhalinin böyük əksəriyyəti əvvəlki Ermənistan rəhbərlərinin cinayət əməllərindən, xalqa qarşı törətdikləri haqsızlıqlardan, müharibələrdə erməni ailələrinin övladlarını itirməsindən xəbərdardır. Paşinyan hakimiyyətə gəldikdən sonra müharibə istəmədiyini dəfələrlə bəyan edib. Hətta müharibədən sonra keçirilən seçkilərdə də qalib gəldi. Çünki erməni xalqı artıq onu dəstəkləyir və qonşularla sülh şəraitində yaşamağın vacibliyini anlayır. Erməni cəmiyyəti başa düşür ki, qonşularla müharibə etmək yox, sülh və dostluq şəraitində yaşamaq lazımdır".
E.Həsənovun fikrincə Paşinyan qarşıya qoyduğu məqsədləri həyata keçirə bilməsə, yəni Konstitusiya dəyişikliyi baş tutmasa və parlament bu təşəbbüsü dəstəkləməsə, o, parlamenti buraxaraq yeni seçkilər keçirə bilər:
"Bunun qaçılmaz ola biləcəyini istisna etmirəm. Lazım gələrsə, bu məsələ ilə bağlı referendum da keçirər. Çünki Paşinyan siyasi prosesləri yaxşı bilir.
Ermənistandakı müxalifətin radikal və revanşist üzvləri öz iddialarından əl çəkməli, Azərbaycan-Ermənistan münasibətlərinə xələl gətirməməlidirlər. Çünki bu siyasət Azərbaycandan daha çox Ermənistanın özünə ziyan vurur".
Şəmkirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xuluf kəndində qeydə alınıb. “VAZ 2107” markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən kənd sakini 2018-ci il təvəllüdlü M.Məsdanzadəni vurub.
Piyada dərhal xəstəxanaya çatdırılıb, onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 31-də Türkiyəyə səfər edəcək.
APA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Burhanettin Duran “X” hesabında bildirib.
Onun sözlərinə görə, səfər zamanı ikitərəfli əlaqələr müzakirə ediləcək.
Bundan başqa, Rusiya-Ukrayna müharibəsi, Qara dənizdə təhlükəsizlik vəziyyəti, eləcə də digər regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılacaq.