100 yaşına qədər yaşayan insanların 8 ortaq xüsusiyyəti

Yeni araşdırma “Mavi Bölgələr”də (Blue Zones) yaşayan insanların uzunömürlülüyünün əsas səbəblərini ortaya qoyub. Bu bölgələrdə yaşla bağlı xəstəliklər daha az müşahidə olunur.

Sherg.az xəbər verir ki, alimlər Yaponiya (Okinava), İtaliya (Sardiniya), Yunanıstan (İkariya), Kosta Rika (Nikoya) və ABŞ-da Loma Linda bölgələrini araşdırıblar.

Araşdırmaya görə, 100 yaşına çatan insanların ortaq xüsusiyyətləri bunlardır:

Güclü sosial bağlar - Kiçik, etibarlı və sıx icmalar.

Bitki əsaslı qidalanma - Ət az, tərəvəz və paxlalılar çoxdur.

Hərəkətli həyat tərzi -Gündəlik gəzinti və fiziki aktivlik.

Möhkəm ailə əlaqələri -Yaşlılar ailənin mərkəzindədir.

Gündüz yuxusu və istirahət - Stressin azaldılması üçün.

“Yüzdə 80” qaydası - Tam doymadan yeməyi dayandırmaq.

Dini və mənəvi inanc - İcma və mənəvi bağlılıq.

Zərərli vərdişlərdən uzaq durmaq - Siqaret, narkotik və həddindən artıq alkoqoldan çəkinmək.

Mütəxəssislər bildirir ki, bu vərdişlər birlikdə daha sağlam və uzun ömürlü həyatın əsasını təşkil edir.