
Regiondakı geosiyasi reallıq: Azərbaycan məqsədlərinə çata bildi
Yusif Nəzərli
12:41 18.02.2024
Aktual
475
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə ikitərəfli görüşü olub.
Görüş Fevralın 17-də Münxendə baş tutub.
İkitərəfli danışıqlarda iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib.
Eksperlərin fikrincə, bu görüş gələcək sülh müqaviləsinin imzalanması baxımından mühüm görüşdür.
Politoloq İlyas Hüseynov da "Sherg.az" a açıqlamasında deyib ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Münxenə səfəri bir sıra məqamlar nöqteyi nəzərindən diqqət çəkir:
"Səfər çərçivəsində bir neçə ölkə liderləri, beynəlxalq səviyyəli şirkət rəhbərləri ilə görüş keçirən ölkə başçımızın Paşinyanla görüşü xüsusi diqqət çəkir. Bilirsiniz ki, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts həm İlham Əliyev, həm də Nikol Paşinyanla ayrılıqda görüşüb. Daha sonra, üçlü formatda davam edən görüşün ardından Almaniya Kansleri Olaf Şolts otağı tərk edib. Görüş ikitərfli formatda davam edib.
Münhen konfransı kimi əhəmiyyətli beynəlxalq tədbir çərçivəsində keçirilən görüş Almaniya kanslerinin təşəbbüsü ilə baş tutsa da, Almaniya burada vasitəçi deyil, ev sahibi kimi görüşün təşkilatçısıdır.
Azərbaycan tərəfi olaraq hər zaman dövlətlərarası münasibətlərin ikitərəfli müstəvidə qurulmasının tərəfdarı olmuşuq. Bunu da dövlət başçısı dəfələrlə ölkə daxilindəki çıxışlarında və beynəlxalq kürsülərdə bəyan edib. Görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib.
Artıq bu müzakirələri sülh danışıqları istiqamətində əldə olunan bir nəticə adlandıra bilərik. İkitərəfli münasibətlərdı inkişaf dinamikası özünü göstərməkdədir.
Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi Azərbaycanla Ermənistan arasında vasitəçiyə ehtiyac yoxdur. Çünki vasitəçilər bir qayda olaraq münaqişə tərəflərinin deyil, daha çox öz maraqlarının təmin olunmasına çalışırlar. Bu amil Qarabağın işğal altında olduğu dövrdə də özünü dəfələrlə büruzə verib".

Politoloqun sözlərinə görə, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik mühitinin gücləndirilməsi ilə bağlı təşəbbüslər görülüb:
"Ümid edək ki, qarşıdakı dönəmdə Ermənistan tərəfi konstruktiv mövqe nümayiş etdirərək üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək. Həmçinin sülh müqaviləsinin bağlanması, sərhədlərin müəyyənləşdirilməsi, delimitasiya və demarkasiyası ilə bağlı müvafiq Komissiyanın növbəti iclası da keçiriləcəkdir.
Əsas odur ki, Azərbaycan qarşıya qoyduğu məqsədlərinə çata bildi və məsələnin ikitərəfli müstəvidə müzakirəsi istiqamətində real addımlar atıldı. Bundan sonrakı mərhələdə isə ortadakı ziddiyyətlərin və fikir ayrılıqlarının aradan qaldırılması üçün birbaşa görüşlərin baş tutacağı istisna deyil. Bilirsiniz ki, Azərbaycanın vacib tələblərdən biri Ermənistan Konstitutsiyasına dəyişiklik edilməsi və Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlıdır. Qarşıdakı dönəmlərdə buna da nail olacağımızı istisna etmirəm. Regiondakı geosiyasi reallıqlar da bunu tələb edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Szinpin Takaiçini tənqid etdi, Tramp isə...
05:25 25.05.2026
Dünya
Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilir
03:23 25.05.2026
Dünya
Türkan Şorayın qızı saxlanıldı!
02:52 25.05.2026
Şou
"Real"ın ulduzu hamını geridə qoydu
02:18 25.05.2026
Futbol
Albaniya XİN Kiyevə zərbədən sonra Rusiya səfirini çağırdı
00:43 25.05.2026
Dünya
Füzuli sakinini ildırım vuraraq öldürüb
00:22 25.05.2026
Hadisə
Tramp: İranla saziş hələ tam razılaşdırılmayıb
00:00 25.05.2026
Dünya
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
23:38 24.05.2026
Cəmiyyət
NASA “Mars”ın nadir görüntülərini yayımladı
23:16 24.05.2026
Maraqlı
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya