
Trampın 30 günlük planı hədəfə çatmadı – Ukrayna səmasında qara gecədir
05:55 27.05.2025
Dünya
295
“Tramp Rusiyaya qarşı siyasətdən imtina edərsə, daxili təzyiqlər artacaq və onun hakimiyyətdən devrilməsi, hətta həbsi gündəmə gələ bilər”
Mayın 26-sı gecə Rusiya Ukraynaya 364 hava vasitəsilə hücum edib. Bu barədə Ukrayna Hava Qüvvələri məlumat yayıb. Məlumatda qeyd olunub ki, Rusiya istiqamətində Ukraynaya 355 PUA və 9 qanadlı raket buraxılıb: "9 raket və 288 PUA hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub, 55 PUA-nın isə istiqaməti dəyişdirilib". Rusiyanın Ukraynaya, konkret Kiyevə hücumu ciddi rezonans doğurub. Fransa Prezidenti Emmanuel Makron deyib ki, Rusiya rəhbəri V.Putin ABŞ başçısını aldadır: “Ukraynada baş verənlər qəbuledilməzdir və son dərəcə ciddidir. Eyni zamanda danışıqlara və bomba atmağa hazır olduğunu demək olmaz. Düşünürəm ki, Prezident Tramp başa düşür ki, Putin sülhə hazır olduğunu deyəndə ona yalan danışıb. Son saatlar Donald Trampın qəzəbinin təzahürünün bir daha şahidi olduq. Bu, bir növ səbirsizlikdir. İndi mən bunun konkret fəaliyyətə çevrilməsini istəyirəm”. Almaniya kansleri Fridrix Merz deyib ki, Britaniya, Fransa, ABŞ və indi də Almaniya Ukraynaya hərbi təchizatla bağlı məhdudiyyətləri aradan qaldırıb. Onun sözlərinə görə, Kiyev Rusiya ərazisindəki mövqelərə uzaqmənzilli silahlarla hücum edə bilər: "Artıq Ukraynaya tədarük edilən silahlara dair heç bir mənzil məhdudiyyəti yoxdur - nə ingilislər, nə fransızlar, nə biz, nə də amerikalılar. Bu o deməkdir ki, Rusiya ərazisindəki hərbi mövqelərə zərbələr endirməklə Ukrayna indi özünü müdafiə edə bilər. Müəyyən bir vaxta qədər o, bunu edə bilməzdi". Kanslerin sözlərinə görə, indi Ukraynanı bu silahlarla təmin etmək lazımdır.
Gərginləşən durumu şərh edən politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında bildirib ki, Rusiyanın Kiyevə kütləvi PUA və raketlərlə hücumu Putinin atəşkəsdə maraqlı olmadığını nümayiş etdirir. Ekspertin sözlərinə görə, İstanbul danışıqlarından sonra ikinci raund danışıqlar fonunda belə bir hücum Kremlin atəşkəsə yalnız öz şərtləri ilə gedəcəyinin mesajıdır:

"Rusiyanın bu hücumu ABŞ Prezidenti D.Trampın 30 günlük atəşkəs şərtinin Putin tərəfindən rədd edilməsidir. Tramp Kiyevə kütləvi raket hücumuna cavab verərək, Putini dəlilikdə ittiham edib. Ağ Ev rəhbəri Putinin atəşkəsdə deyil, müharibəni davam etdirməkdə maraqlı olduğunu qəbul edib. Bir neçə gündən sonra sabiq Prezident Co Baydenin Ukraynaya göndərdiyi silahlar bitəcək".
Analitik hesab edir ki, Rusiyanın bu hücumu Trampın Ukraynaya hərbi yardımları davam etdirməsi ilə nəticələnə bilər:
"ABŞ Konqresində Respublikaçılar Rusiyaya sərt mövqe sərgiləməyə başlayıb. Konqresin təzyiqi və Rusiyanın artan hərbi təzyiqləri fonunda Trampın Ukraynaya hərbi yardımları intensivləşdirməsi mümkündür. Əgər Vaşinqton prosesdən uzaqlaşarsa, Çinin qarşısında strateji məğlubiyyətə uğrayacaq. Ona görə Konqres, Pentaqon və Dövlət Departamenti Trampa Ukraynaya hərbi yardımları intensivləşdirməsi üçün təzyiqlər edə bilər. Tramp Rusiyaya qarşı siyasətdən imtina edərsə, daxili təzyiqlər artacaq və onun hakimiyyətdən devrilməsi, hətta həbsi gündəmə gələr".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Oğlu açıqladı: Baydenin vəziyyəti ağırlaşdı
22:30 08.08.2026
Dünya
"Məkkə" NATO-nun 5-ci maddəsinə uyğundur - Fidan
22:23 08.08.2026
Dünya
İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar
21:57 08.08.2026
Sağlamlıq
Kiyevdə partlayışlar baş verdi
21:25 08.08.2026
Dünya
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm