ŞKTC-də prezident seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB
Yusif Nəzərli
15:33 19.10.2025
Dünya
559
Şimali Kipr Türk Cümhuriyyətində prezident seçkilərində səsvermə başa çatıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, səsvermə yerli vaxtla saat 18:00-da yekunlaşıb.
Qeyd edək ki, ŞKTC-nin 9-cu prezidentinin seçiləcəyi seçkidə bu post uğrunda hazırkı dövlət başçısı Ersin Tatar müstəqil namizəd kimi mübarizə aparır.
Tufan Erhürman, Hüseyn Gürlek, Mehmet Hasgüler, Arif Salih Kırdağ, Ahmet Boran, İbrahim Yazıcı və Osman Zorba da prezidentliyə namizədlərdir. Hüseyn Gürlek səsvermədən bir gün əvvəl Ersin Tatarın xeyrinə namizədliyini geri götürüb.
Seçkidə ən yüksək səs topayacaq namizədlərin ŞKTC-nin müstəqilliyinin tərəfdarı olan Ersin Tatar və federasiya modelini dəstəkləyən Tufan Erhürman olacağı proqnozlaşdırılır. Namizədlərin hər hansı birinin ilk turda qalib gəlməsi üçün 50% + 1 səs toplaması lazımdır. Birinci turda heç bir namizəd 50% + 1 səs toplaya bilməzsə, seçkilərin ikinci turu bir həftə sonra - 26 oktyabrda keçiriləcək.
***
saat 17.38
Bu gün Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) keçirilən prezident seçkilərində saat 16:00-a seçici fəallığı bəlli olub.
APA-nın Türkiyə bürosu xəbər verir ki, saat 16:00-a olan məlumata görə, seçicilərin 53%-i səsvermədə iştirak edib.
Qeyd edək ki, prezident seçkilərində əsas mübarizənin ŞKTC-nin müstəqilliyinin tərəfdarı olan Ersin Tatar və federasiya modelini dəstəkləyən Tufan Erhürman arasında olacağı proqnozlaşdırılır. Tufan Erhürman Cümhuriyyət Türk Partiyasının prezidentliyə namizədidir, 2020-ci ildə keçirilən seçkilərdə də Ersin Tatarın rəqibi olub.
***
saat 10.31
Bu gün Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) prezident seçkiləri keçirilir.
APA-nın xəbərinə görə, səsvermə yerli vaxtla saat 08.00-da başlayıb, saat 18.00-dək davam edəcək.
Prezident postu uğrunda hazırkı dövlət başçısı Ersin Tatar müstəqil namizəd kimi mübarizə aparır.
Tufan Erhürman, Hüseyn Gürlek, Mehmet Hasgüler, Arif Salih Kırdağ, Ahmet Boran, İbrahim Yazıcı və Osman Zorba da prezidentliyə namizədlərdir. Hüseyn Gürlek səsvermədən bir gün əvvəl Ersin Tatarın xeyrinə namizədliyini geri götürüb.
Əsas mübarizənin ŞKTC-nin müstəqilliyinin tərəfdarı olan Ersin Tatar və federasiya tərəfdarı olan Tufan Erhürman arasında olacağı proqnozlaşdırılır. Tufan Erhürman Cümhuriyyət Türk Partiyasının prezidentliyə namizədidir, 2020-ci ildə keçirilən seçkilərdə də Ersin Tatarın rəqibi olub.
Namizədlərin hər hansı birinin ilk turda qalib gəlməsi üçün 50% + 1 səs toplaması lazımdır. Namizədlərdən hər hansı biri lazımı səsi toplamazsa, 7 gün sonra prezident seçkilərinin ikinci turu keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə