Azyaşlılar tərəfindən döyülən gənc müəllim dünyasını dəyişib
07:10 26.10.2025
Hadisə
370
Oktyabrın 1-də Tbilisidə döyülən 26 yaşlı gənc müəllim Giqa Avaliani klinikada həyatını itirib.
24News.ge xəbər verir ki, hadisə Temka ərazisində baş verib.
Məlumata əsasən, gənc müəllimə bir qrup şəxs hücum edərək onu döyüb və baş nahiyəsindən ağır xəsarətlər yetiriblər. Nəticədə Avaliani bir neçə gün koma vəziyyətində qalıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı gənc müəllimin anası sosial şəbəkələrdə videomüraciət yayıb və ictimaiyyətdən ədalətin bərpasını tələb edib:
“Bu videonu paylaşın və cinayətkarların cəzalandırılmasını tələb edin, yoxsa onlar sizin uşaqlarınızı da öldürəcəklər. Oğlumu 16-17 yaşlı uşaqlar öldürdülər. Giqanı qrup halında qətlə yetirdilər. Qanunları dəyişin, qatillər yeniyetmələrdir,” – deyə ana videomüraciətində bildirib.
Təsdiqlənməmiş məlumata görə, qanlı insidentdə dörd nəfər iştirak edib, onlardan biri azyaşlı qız olub. Qarşıdurmanın səbəbi kimi qısqanclıq göstərilir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı istintaq Cinayət Məcəlləsinin 117-ci maddəsi – “qəsdən ağır bədən xəsarəti yetirmə” maddəsi üzrə aparılır.
Rəsmi məlumata əsasən, ağır cinayətdə şübhəli bilinən 17 yaşlı bir oğlan saxlanılıb. Mərhumun ailəsi isə qarşıdurmada iştirak edən bütün şəxslərin müəyyənləşdirilərək ədalət qarşısına çıxarılmasını tələb edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm