
Balaca pişikdə QİÇS aşkarlanıb
16:30 04.11.2025
Sağlamlıq
332
FİV virusu insanlara keç ə bilərmi?
Bu virus, immun sisteminin yaddaşını sanki sıfırlayır
Sivasda balaca bir pişikdə QİÇS xəstəliyi aşkar edilib. Mütəxəssislər, insanlarda rast gəlinən HİV virusuna bənzər şəkildə pişiklərdə də FİV (Feline Immunodeficiency Virus) adlı virusun mövcud olduğunu və bu virusun müalicəsinin olmadığını vurğulayıblar.
Sherg.az xəbər verir ki, Sivas sakini Ahmet Kuzu (49) küçədə taparaq sahibləndiyi 5 aylıq “Kasım” adlı pişiyini ağzında yara səbəbilə baytar klinikasına gətirib.
Aparılan müxtəlif müayinələr nəticəsində pişiyin bədənində 5 fərqli infeksiya növü müəyyən edilib.
Bu yaşda bir pişik üçün bu qədər infeksiyanın çox olduğunu düşünən baytar həkim İbrahim Özmen, “pişik QİÇS-i” adlanan FİV testini aparıb. Testin nəticəsinə əsasən, immuniteti çox zəif olan pişiyin FİV virusuna yoluxduğu müəyyən olunub.
Baytar İbrahim Özmen heyvanlarda müntəzəm yoxlanışların əhəmiyyətinə diqqət çəkərək deyib:
“Kasım bizə ağzının kənarında yaranın olması səbəbilə gətirildi. Araşdırmalar zamanı onun 5 fərqli infeksiya daşıdığını gördük. Bu qədər çox infeksiyanın olmasını immun sisteminin çökməsi ilə əlaqələndirdik və nəticədə FİV testini etdik - test müsbət çıxdı.”
Özmen əlavə edib ki, insanlardakı HİV virusunun pişiklərdəki qarşılığı FİV virusudur.
“Bu virus, immun sisteminin yaddaşını sanki sıfırlayır və orqanizmi müdafiəsiz hala gətirir. Necə ki, hər HİV daşıyıcısı insan QİÇS olmursa, eyni qaydada hər FİV daşıyan pişik də QİÇS sayılmır. Xəstəliyin ortaya çıxması üçün klinik əlamətlərin də müşahidə olunması vacibdir. FİV virusunun insanlardakı HİV kimi müalicəsi yoxdur, çünki o, pişiyin DNT-sinə yerləşir. Uzun müddət simptom göstərməyə bilər, lakin çox vaxt yoluxucudur.”
Özmen bildirib ki, FİV virusu insanlara qətiyyən keçmir.
“Pişikdən insana keçməsi mümkün deyil. Pişikdən pişiyə yoluxması üçün isə müəyyən şərtlərin olması lazımdır. Xəstəlik əsasən dişləmə, qan və ya cinsi əlaqə yolu ilə keçir. FİV-ə qarşı xüsusi müalicə üsulu yoxdur, eynilə HİV virusunda olduğu kimi. Lakin həyat keyfiyyətini artıran tədbirlər görülə bilər, immun sistemini güclü saxlamaq üçün müxtəlif tətbiqlər mümkündür.”
Özmen əlavə edib:
“Pişiyi bu virusdan tamamilə xilas etmək mümkün deyil. Amma QİÇS-lə yaşayan bir pişik, digər pişiklərlə cütləşmədiyi və ya dişləmə, yaralama baş vermədiyi halda təhlükəsiz şəkildə birlikdə yaşaya bilər. Pişik sahiblərinə məsləhətim odur ki, heyvanlarını mütəmadi olaraq baytar müayinəsindən keçirtsinlər.”
FİV (Feline Immunodeficiency Virus) - insanlarda QİÇS-ə səbəb olan HİV virusuna bənzər şəkildə biruzə verən, lakin yalnız pişiklərə təsir edən virusdur.
Virus əsasən dişləmə yolu ilə keçir və insana yoluxmur.

Əlamətləri bunlardır:
Ağızda yaralar və diş əti iltihabı
İştahsızlıq və çəki itkisi
Tüklərin solğunlaşması
Tez-tez infeksiyalara yoluxma
Halsızlıq və hərarət artımı
FİV üçün hələ qəti müalicə yoxdur, lakin virusu daşıyan pişiklər müvafiq qulluq və baytar nəzarəti ilə illərlə sağlam şəkildə yaşaya bilirlər.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos “Liverpul”un sahibi oldu
14:09 15.08.2026
Futbol
Ferran Torres PSJ-də
13:57 15.08.2026
Futbol
PSJ Ferran Torresin transferini rəsmən açıqlayıb
13:49 15.08.2026
Futbol
Xaçmazda iki ata övladını bıçaqladı
12:46 15.08.2026
Hadisə
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı
12:07 15.08.2026
Hadisə
Qarabağla Rumıniyanın Maramureş regionu əməkdaşlıq edəcək
11:47 15.08.2026
Gündəm
Türkiyədə təyinat və rütbə dəyişiklikləri açıqlanıb
11:11 15.08.2026
Region
İran ABŞ ilə yenidən danışıqlara başlamaq barədə qərar verməyib
10:57 15.08.2026
Dünya
Pekin-Mançester reysi Krasnoyarskda məcburi eniş edib
10:49 15.08.2026
Hadisə
Azərbaycanda itkin düşən 19 nəfər tapıldı
10:38 15.08.2026
Hadisə
İspaniyada Qranada yaxınlığında 5,0 maqnitudalı zəlzələ baş verib
10:36 15.08.2026
Hadisə
“28 May”da vəziyyət necədir? – FOTOLAR
10:34 15.08.2026
İnfrastruktur
İlon Maskın atası Zelenskini Ukraynanın prezidenti hesab etmir
10:32 15.08.2026
Gündəm
Kanada İranın 5 yüksək vəzifəli şəxsinə sanksiya tətbiq edib
10:19 15.08.2026
Dünya
FHN çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi
10:12 15.08.2026
Cəmiyyət