Bu vərdişlər “Bazar ertəsi sindromu”nu aradan qaldırır

İşçilərin xroniki problemi olan bazar ertəsi sindromu düzgün planlaşdırma və müsbət vərdişlərlə nəzarət altına alınır.

Sherg.az yeni həftəyə daha güclü başlamağın sirlərini xəbərdə təqdim edir.

Bazar ertəsi sindromu, xalq arasında həftənin ilk iş günündə yaşanan motivasiya itkisi, istəksizlik və əhval-ruhiyyənin pozulması kimi tanımlanır. Həftə sonunun rahatlaşdırıcı təsirindən çıxan şəxs, yenidən məsuliyyətlərlə üzləşdikdə mənfi emosiyalar yaşayabilir. Hər nə qədər bu mövzu üzrə elmi tədqiqatlar olsa da, bəzi mütəxəssislər bazar ertəsi sindromunu həqiqi bir sindrom kimi qəbul etməz, bəziləri isə bunun iş və müasir həyatın bir əks-sədası olduğunu iddia edir.

Qeyd: Bazar ertəsi sindromu depressiya deyil; simptomlar yalnız həftənin ilk günündə daha çox hiss olunur və günlər keçdikcə təsiri azalır.

Şəxs sevdiyi işi etsə belə, yüksək məsuliyyət, təzyiq və ya nəzarət xaricində stress tükənmişlik hissinə səbəb ola bilər. Bu vəziyyət iş dəyişdirmə və ya məsuliyyətləri yenidən təşkil etmə ehtiyacını yarada bilər.

Həftə sonu həddindən artıq dincəlmək, gec yatmaq, fərqli yuxu rejimi və ya sıx fəaliyyətlər bədənin bioloji ritmini pozur. Bu, bazar ertəsi səhərinə mənfi emosiyalarla başlamaya səbəb ola bilər.

Fəlakətləşdirmə, ümumiləşdirmə və həftənin pis keçəcəyini düşünmə kimi zehni nümunələr bazar ertəsi sindromunu tətikləyə bilir.

Bazar ertəsi sindromunun əlamətləri fərddən fərdə dəyişə bilər, amma geniş yayılmış fiziki və ruhi əlamətlər bunlardır:

Motivasiya azlığı

Baş ağrısı

Sürətli nəbz

Əzələ gərginliyi

Nəfəs almaqda çətinlik

Qan təzyiqinin artması

Yorğunluq

Yatmaq istəyi

Narahatlıq və təşviş

Hirs və əsəbilik

Əhval-ruhiyyənin pozulması

Yuxu rejimi problemləri

BAZAR ERTƏSİ SİNDROMUNU MƏĞLUB ETMƏK ÜSULLARI

Mənfi emosiyaların keçici olduğunu xatırladın.

Özünüzü başqaları ilə müqayisə etməyin.

Günü sadə bir tapşırıqla başlayaraq uğur hissi yaradın.

Yuxu rejiminizi qoruyun.

Bazar ertəsinə zövqlü fəaliyyətlər əlavə edin.

Sağlam qidalanmaya diqqət yetirin.

Həftənin ilk gününə ağır proqramlar qoymayın.

Gün ərzində qısa fasilələr verərək özünüzü mükafatlandırın.

Sevdiyiniz musiqilərlə günə enerjili başlayın.

Lazım gələrsə, karyera və ya həyat məşqçisindən dəstək alın.

BAZAR ERTƏSİ SİNDROMUNU ƏNGƏLLƏMƏK ÜÇÜN TÖVSİYƏLƏR

Sindromun səbəbini müəyyən edin və tƏtiklƏyiciləri fərq edin.

Baxış bucağınızı dəyişərək vəziyyətə daha müsbət yanaşın.

Bazar günlərini sakit və zövqlü keçirin.

Anı yaşamağa çalışın, özünüzü tələsdirməyin.

Bazar ertəsinə yumşaq bir başlanğıc edin.

Özünüzə qarşı mehriban və anlayışlı olun.

Mütəmadi yuxu vərdişləri yaradın.

Səhər yaxşı bir səhər yeməyi edin.

Narahatlıqlarınızı güvəndiyiniz biri ilə paylaşın.

Təmiz hava alaraq zehninizi təravətləndirin.

Bazar ertəsi sindromu, bir çox insanın zaman-zaman yaşaya biləcəyi təbii bir ruh halıdır. Pozitiv düşünmək, həftəni planlaşdırmaq, kiçik fasilələr vermək və özünüzə yaxşı gələn fəaliyyətləri həyatınıza daxil etmək bu sindromu yüngülləşdirə bilər. Yeni həftənin yeni fürsətlər gətirə biləcəyini düşünmək və baxış bucağını dəyişmək bazar ertəsi sindromunu aşmağın ən təsirli yollarındandır.