Türkiyəli professor Canan Karatay bildirir ki, maqnezium bədənin əsas minerallarındandır və hormon balansı, əzələ və sinir sistemi üçün həyati əhəmiyyət daşıyır.
Günlük sürətli həyat, artıq kofein və nizamsız qidalanma maqnezium çatışmazlığına səbəb ola bilər ki, bu da yorğunluq, əzələ qıcolmaları və enerjisizlik yaradır.
Sherg.az həmin təbii maqnezium mənbələrini təqdim edir:
Yaşıl tərəvəzlər: İspanaq, tünd yarpaqlı tərəvəzlər.
Badem və quru meyvələr: Gündəlik tələbatın böyük hissəsini qarşılayır.
Bitter şokolad: 70%+ kakao tərkibli, ruh halını tarazlayır.
Quru paxlalılar: Noxud, mərcimək, lobya - lif və bitki zülalı ilə zəngin.
Avokado, qabaq tumu: Hüceyrə yenilənməsinə dəstək, yuxu keyfiyyətini artırır.
Yağlı balıqlar və taxıllar: Protein və maqnezium təmin edir, toxluğu qoruyur.
Mütəxəssislər vurğulayır ki, bu qidaları gündəlik pəhrizə daxil etmək həm fiziki, həm də zehni rifahı artırır. Sağlam həyat üçün maqnezium əsas mineral olaraq yenidən ön plana çıxır.