Çox dil bilənlərin beyni daha gec yaşlanır

27 Avropa ölkəsində aparılan elmi tədqiqatlara əsasən, ən azı iki dil bilən insanların beyni daha gec yaşlanır.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, araşdırmaya 86 min nəfər qatılıb və məlum olub ki, çoxdilli insanlarda beyin yaşlanması prosesi xeyli ləng gedir.

Mütəxəssislər bildirirlər ki, əlavə dil öyrənmək beyin üçün müsbət təsir göstərir, neyron əlaqələri gücləndirir və yaşlanma riskini azaldır. Xüsusilə bir dildə danışan insanlarda sürətli qocalma riski daha yüksəkdir.

Alimlər hər kəsə yeni dil öyrənməyi və beyin fəaliyyətini aktiv saxlamağı tövsiyə edirlər.